ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Maraqlı 11-12-2017, 18:14

Evlənmək istəyənlərin 422-də sifilis - 103-də QİÇS tapıldı

Evlənmək istəyənlərin 422-də sifilis - 103-də QİÇS tapıldı


Bu il ərzində nikaha daxil olmaq üçün 127 173 nəfər müayinədən keçib ki, onların da 13 794 nəfərində talassemiya daşıyıcılığı, 422 nəfərdə sifilis, 103 şəxsdə isə QİÇS tapılıb.

Bunu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Onun sözlərinə görə, bu il ailə həyatı qurmaq istəyən 38 cütlükdə talassemiya daşıyıcılığı aşkar edilib.

Z.Əlimirzəyeva qeyd edib ki, noyabr ayında 10 738 nəfər nikaha daxil olmaq üçün müayinədən keçib. Müayinədən keçənlərin 325 nəfərində talassemiya daşıyıcılığı, 18 nəfərdə sifilis, 11 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 3 olub.İnstitut direktoru əlavə edib ki, bu müddət ərzində 23 hamilə qadında perenatal müayinə aparılıb: "Onların dünyaya gətirdiyi 6 körpə talassemiya xəstəsi, 13-ü daşıyıcı, 4-ü isə sağlam olub".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
571 519 512 497 600 498

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.