Zoğal haqqında maraqlı fakt
Zoğal bitkisindən (meyvəsindən) insanların qida kimi istifadə etməsinin başlanğıcı bilinməyən qədim tarixi vardır.
Lakin yazılı mənbələrdə zoğal meyvəsindən istifadə olunmasının 5 min illik tarixi olduğu göstərilir. Ona Avropada (Fransa, İtaliya, Şərqi Avropa, Ukrayna, Moldova, Rusiya), Qafqaz, Mərkəzi Asiya, Çin, Yaponiya və Şimali Amerikada rast gəlmək mümkündür. Çox qəribədir ki, zoğal bitkisi mart ayının ortasında çiçək açmağa başlayır və tam meyvənin yetişməsinə kimi azı 5-6 ay keçir.
Hələ bu qədər uzun müddətə yetişən və formalaşan ikinci meyvə ağacı tanımadığımı da qeyd etməliyəm. Bir çox hallarda kol, təsadüfü hallarda isə 5-7 metr hündürlüyündə olan ağacda yetişir. Tarixçilərin bildirdiyinə görə İsveçrədəki arxeoloji qazıntılar zamanı ilk zoğal sümüklərinə rast gəlinib.
Sayta dərc etdi: Kənan0001






