Var Olmayan O Şəxs ( Yeni Hekayə )
Salam əziz oxucular yeni yazdığım hekayə artıq qarşınızdadır.
Ağaclardan düşən sarı yarpaqlar torpağa qovuşur. Oturduğum skamyada məni, tək bir şey düşündürürdü. Jasonla olan sevgimizin bu cür bitməsi çox ağırıma getmişdi. Tərk edib getdiyinə görə, ona lənətlər yağdırsam da, hələ də sevirdim. Yaşamağa olan həvəsim, get-gedə ölürdü. Cibimdən kiçik şüşədə olan, dərmanı çıxardıram. İntihar etmək üçün sadə və əlverişli vasitə, yalnız budur. Ayağa qalıxıb kelvinqrov parkı boyunca yeriyirəm. Ətrafdakı insanların, mənə heç fikir vermədiklərini görürəm. Sanki gözlərim dumanlanır, yerə yıxılıram. Dərman qəbul etdim doğrusu amma öldümmü? Ətrafdakı bütün səslər kəsildi. Bilmirəm nə qədər vaxtdır gözlərim yumuludur, ancaq indi gözlərimi çətin də olsa aça bildim. Başımın üzərində, bir şəxsin dayandığını görürəm. Əlini uzadaraq, kömək etmək istəyir. Qeyri ixtiyari olaraq o şəxsin, əlindən tutub ayağa qalıxıram.
Daniel - Siz yaxşısınız xanım?
Linda - Bəli biraz başgicəllənmə oldu, narahat olmayın.
Daniel - Adınız?
Linda - Adım lindadır.
Daniel - Tanıdığıma şadam, mənim adım da daniel.
Linda - Məndə çox şad oldum, kömək etdiyiniz üçün ayrıca təşəkkür edirəm. O əlimdən yıxılarkən yerə düşən dərman şüşəsinə işarə edib.
Daniel - Bu sizindir?
Linda - Mən tərəddüd edərək dilləndim, vitanimdir. Həkim məsləhət görüb. Yerə əyilərək dərman şüşəsini götürüb, mənə uzadır.
Daniel - Buyurun
Linda - Çoxsağolun
Daniel - Yolunuz hansı səmtədir?
Linda - Qlazqo universtetinə, orada təhsil alıram.
Daniel - Oranı tanıyıram, tarixi qədimlərə dayanan universtetdir.
Linda - Bəli elədir.
Daniel - Ora qədər birlikdə gedə bilərikmi?
Linda - Əlbəttə olar.
Biz kelvinqrov parkı uzunluğu boyunca gedirik, burdan qlazqo universtetinə gözəl mənzərə açılır. Bu gün intihar etmək niyyətim, baş tutmadı. İntihar böyük günahdır bunu bilirəm, amma tək özünü öldürən insan mən deyildim axı. Addımladıqca ona fikir verirdim, xoş sifət bir insandır məndən yaşca böyük olardı, mənim isə iyirmi iki yaşım vardı.
Daniel - Hər sabah qaçış üçün, bu parka üz tuturam. Təmiz hava qəbul etmək ciyərlərə faydalıdır.
Linda - Doğrudur. Məndə istirahət etmək üçün bura gəlirəm.
Daniel - Budur çatdıq sabah həmin parka gələcəksiniz?
Linda - Çox güman ki, gələcəm bura qədər yol yoldaşı olduğunuza görə çoxsağolun.
Daniel - Xoşdur görüşənədək xudafiz.
Olabilsin ki, dərs çoxdan qurtarıb pilləkənləri yavaşca qalıxıram. Universtetin qapısından, qrup yoldaşım marianın çıxdığını gördüm.
Maria - Bu gün dərsə niyə gecikdin linda?
Linda - Heç özümdə deyiləm fikirimi dağıtmaq üçün, parkda idim.
Maria - İstəsən sabah axşam qrupumuzun uşaqları festival keçirdəcək, gələrsən başın qarışar.
Linda - Yox maria, sabah axşam ailəmlə evdə olacam.
Maria - Yaxşı amma, gəlmək istəsən zəng edırsən.
Linda - Oldu hələlik
Bir insanın ürəyində öz izini qoyub getmək qədər, acı hiss yoxdur. Bəzən hər iki tərəf üçün, bəzən də mənim kimi tərk edilən tək tərəf üçün. Xatırlayırsanmı jason, illər əvvəl bir-birimizə verdiyimiz sözləri, bu körpülər şəhərində o qızı, və əllərində gül gətirən adamı. Bu gün intihar etmək istədim bilirsən, sadəcə bir şəxs buna mane oldu. O şəxsin kim olduğunu bilmirəm, ancaq sabah ölməyə yenidən cəhd edəcəm. Hər şeyin başlandığı elə həmin parkda.
Son vaxtlar bax beləcə özümlə danışıram, bunun yaxşı olmadığını bilirəm. Evimiz qlazqo universtetinə yaxındır. Ara küçələrlə irrəlləyirəm, köhnə evimizin qapısı mənə keçmiş xatirələri xatırladır.
Hava biraz istidir, tərlədiyimi hiss edirəm. İçəridə Anamla atam oturmuşdular və mənim dərsdən niyə belə tez gəldiyimi, bilmək istədikləri gözlərindən bilinirdi. Sadəcə festival olduğunu, mənim də festivalda iştirak etməyib evə gəldiyimi söylədim. Yaxşı yalan idi, həmdə bəhanə. Sözsüz ki, inanmışdılar. Sabah Anamın, atamın xoş sifətlərini görməyəcəm linda birdə həyatda olmayacaq. Bu son günü, onlarla birlikdə keçirtmək istəyirəm öz otağımda yox. Məni dizləri üstündə yelləyərək, yatmağım üçün laylalar söyləyən anamı çox sevirəm. Axşamlar atamın işdən gələrkən, məni öpüb qucaqlaması bütün bunlar elə gözəldir ki, keçmişin unudulmayan xatirələri olaraq qalacaq.
Sanki bir uşağın nolar ana, son dəfə də yelləncəkdə oynayım sonra gedək axı bu sondur. Deməyinə bənzəyir mənim keçirtdiyim hisslər. Sabah o qızcığaz, yelləncəklə oynamağa gələ bilməyəcək. Başqa uşaqlar oynayacaq amma onun kimi yox, son dəfə oynanan oyun kimi yox.
Qarşımda duran bu iki insan mənə həyat veriblər, dünyaya göz açmağımda vasitəçi olublar. Sizin üzünüzdəki baxışlar təbəssüm, cənnəti bağışlayardı bu qıza. İndi isə özümü öldürməklə cəhənnəmə gedirəm.
Birinci hissənin sonu.
Müəllif və Yazar: Məmmədov ( Mən )






