"Bu şeyləri acından ölsən də, heç vaxt etmək olmaz" - Xatirə efirdə ETİRAZINI BİLDİRDİ - FOTO

Xatirə İslam "Xəzər" telekanalında qonağı olduğu verilişdə bəzi həmkarlarının bostanını daş-qalaq edib.
Xanım müğənni adını açıqlamadığı sənət adamlarını bir qarın çörək üçün sosial şəbəkədə etdikləri "ucuz" reklamlara görə qınayıb.
Xatirənin sözügedən açıqlamasını təqdim edirik:
"Bəzi müğənnilərimiz, mən də daxil hər şeyi paylaşmayaq. Düzdür, dost-tanışımız çoxdur. Biri deyir ki, bu stəkanı reklam etmək lazımdır. Üzün ondan keçmir, reklam edirsən. Bu cür şeylər artıq müğənnini qiymətdən salır. Gəlin onları etməyək. Mən, ümumiyyətlə, o cür reklamları heç etməmişəm. Sənət adamı bir az özünə hörmət etməlidir. Elə şeylər var ki, onu reklam etmək olar. Amma elə şey də var ki... Bir də görürsünüz ki, gedib, hardasa bir tikə çörək yeyib, çörək yediyi restoranın sahibinə təşəkkür etmək və yaxud "Bu yeməyə görə, mən təşəkkür edirəm"... O hesabı özün də ödəyə bilərsən. Bu olmaz e...! Bu şeyləri acından ölsən də, heç vaxt etmək olmaz, Zaur".