Qışda avtomobillərə necə qulluq etməli?

Qışda avtomobillərə necə qulluq etməli?
Qışda avtomobillərə necə qulluq etməli?

Qış mövsümünün gəlişi ilə şaxtalı-qarlı hava şəraiti sürücülər üçün müəyyən çətinliklər yaradır. Avtomobilin qış mövsümünə hazırlıqlı olmaması isə həm sürücülərin büdcəsinə təsir edir, həm də yollarda təhlükəli vəziyyətin yaranmasına səbəb olur.

Bunun qarşısını almaq üçün öncədən tədbir görmək daha yaxşı olar. Bəs qış mövsümündə avtomobillərə necə qulluq olunmalıdır? Nələrə diqqət etmək lazımdır? Bu və digər suallara cavab tapmaq üçün paytaxtın avtomobil servis mərkəzlərindən birinə üz tutduq.

Müştərilərlə iş üzrə xidmət meneceri Nicat Rüstəmov deyir ki, havaların soyuması ilə servisə müraciət edənlərin sayı artıb. Məsələ burasındadır ki, müştəri yalnız problem aşkara çıxanda usta yanına gəlir.

Lakin elə məsələlər var ki, onlara öncədən diqqət yetirilsə, həm risk azalar, həm də büdcəyə qənaət olar: “Antifriz sistemindəki nasazlıq maşınları qızdırır, sobanın radiatoru partlayır. Antifriz sistemi dəyişilməsə, bütün sistemə təsir göstərir.

Nəticədə salon qızmır. Antifriz sistemi ən azı 60 min km-dən bir dəyişməlidir. Sadəcə, əlavə məqsədlə yox. Çox adam baxır ki, antifriz azdır, 1 lt əlavə edir. Bu, düzgün deyil. Ümumi sistem yenilənməlidir. Radiatorun içi boşalmalıdır, yuyulmalıdır.

Həmçinin əyləc mayesi var ki, boruların içi təmizlənməlidir, havası çıxmalıdır. “Nakladka”lar vaxtında dəyişilməli, təkərlərin havasına baxılmalıdır”. Müsahibimiz suyun donmasının qarşısını almaq üçün xüsusi mayelərdən istifadə etməyi məsləhət görür. Onun sözlərinə görə, əgər maye tökülməzsə, donma baş verir. Bu isə mühərrikin işinə mənfi təsir edir.

Rezinlər quruyur, nəticədə avtomobil işə düşəndə ləngimə baş verir. “Bu mayeni iki həftədən bir istifadə etmək məsləhətdir” deyən Nicat Rüstəmov faralara diqqət etməyi, müəyyən vaxtdan bir düzgün tənzimlənib-tənzimlənmədiyini yoxlamağı məsləhət görür:

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
534 520 501 524 568 492

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.