Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 30-01-2018, 15:56

Qar yağacaq - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ
Qar yağacaq - XƏBƏRDARLIQ


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən milli.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək.


Havanın temperaturunun Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 1 dərəcəyədək şaxta, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Yanvarın 31-də hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 31-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Xəbərdarlıq

Yanvarın 31-dən fevralın 01-i gündüzədək ölkə ərazisində qərb küləyinin arabir güclənəcəyi, fevralın 01-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
509 468 451 431 411 454

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.