"Müğənni olmasaydım, rəssamlıq edəcəkdim" - İzzət

Müğənni İzzət Bağırzadə bu günə kimi heç yerdə göstərmədiyi bacarığından danışıb.
axsam.az-ın məlumatına görə, sənətçi “Show time” verilişində deyib ki, gözəl tar ifa edə bilir:
“Bül-bül adına məktəbdə tar sinfini bitirmişəm. Yaxşı da tar çalırdım. 9-cu sinifdən sonra başladım oxumağa, tar qaldı ikinci planda. Müğənni kimi sevildimsə, tar çalan kimi elə də populyar ola bilməzdim. Çünki indi elə tar çalanlarımız var ki, onların qarşısında bunu edə bilmərəm.
Budan başqa mən uşaqlıqda əla şəkillər çəkməyi bacarırdım. Hətta insan şəkilləri də çəkirdim. Evdə divarlara şəkillər yapışdırırdım, cürbəcür boyalarla rəngləyirdim. Bəlkə də müğənni olmasaydım, Azərbaycanda 6-7 rəssamdan biri mən olardım. Tale belə gətirdi ki, müğənni oldum. Yəni başqa sənətlə də məşğul ola bilərdim”.
[media=https://youtu.be/yTuCNhIv-Z4]






