“LG G Flex 2” istifadəçiləri üçün şad xəbər var!

“LG G Flex 2” istifadəçiləri üçün şad xəbər var!


“LG”-nin keçdiyimiz il “CES 2015” tədbirində təqdim etdiyi və dövrün ilk “Snapdragon 810” prosessorlu smartfonu olan “LG G Flex 2” istifadəçiləri üçün yeniləmə təqdim olunacaq.

“LG İtaliya” iki ay əvvəl sözü-gedən smartfona “Android 6.0 Marshmallow” yeniləməsinin təqdim olunacağını bildirmişdi. İndi isə, təqdim olunma tarixi ilə bağlı məlumat paylaşılıb. Beləki, “Android” əməliyyat sisteminin son versiyası bir neçə həftə ərzində paylanmağa başlanacaq. Yeniləmənin qlobal olaraq təqdim olunması gözlənilir, ancaq bütün smartfonların yeni versiyanı əldə etməsi yaya kimi davam edə bilər.
Yeniləmə ilə istifadəçilər “LG UX 4.0” istifadəçi interfeysinə sahib olacaqlar. Buna əlavə olaraq, “Google Now” xidməti, “Doze” modu ilə artırılmış batareya ömrü və təhlükəsizlik yaxşılaşdırmaları da yeni versiyaya əlavə ediləcək.


“LG G Flex 2” istifadəçiləri üçün şad xəbər var!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
650 655 537 585 674 584

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.