Müxtəlif ləkələri təmizləməyin yolları

Ən sevdiyimiz paltara bəzən ləkə düşər və onu necə təmizləyəcəyimizi qara-qara düşünərik. Həll yolu isə hər zaman mövcuddur:
Qırmızı şərab ləkəsini təmizləmək üçün 1:1 nisbətində peroksid və duru sabunu qarışdırıb ləkənin üzərinə tökün. 1 dəqiqə saxlayın və yuyun.
Yağ ləkəsini çıxarmaq üçün üzərinə nişasta səpin daha sonra isti su ilə yuyun.
Qəhvə ləkəsini çıxarmağa sirkə kömək edər.
Mürəkkəb ləkəsini isə ilk öncə süddə isladıb, daha sonra yumaq lazımdır
Ketçup ləkəsini təmizləməyə qabyuyan vasitə və peroksid kömək edər. İlk öncə ləkəni həmin vasitə ilə sürtün, daha sonra peroksiddə isladın. 15 dəqiqə sonra yuyun.
Ətir ləkəsini təmizləmək üçün isə 2:1 nisbətində su və sodanı qarışdırıb ləkənin üzərinə tökün. 15 dəqiqə sonra yuyun.
Qan ləkəsini aradan qaldırmaq üçün üzərinə sirkə tökün, 10-15 dəqiqə sonra yuyun.
Tər ləkəsi ilə vidalaşmaq üçün limon şirəsi ilə sodanı qarışdırıb ləkənin üzərinə çəkin. 15 dəqiqə sonra yuyun.
Ot ləkəsini isə gözlətmək olmaz. Dərhal isti duzlu suda isladın. 2 saat sonra yuyun.
Dodaq boyasını təmizləməyə saç lakı kömək edər. Lakı ləkənin üzərinə tətbiq edin, 15 dəqiqə sonra isti su ilə yuyun. Ehtiyac olarsa, təkrar edin.
Saqqız ləkəsini aradan qaldırmaq üçün ilk öncə onu dondurmaq gərəkdir. Daha sonra isə saqqız qalıqlarını qoparıb, yumaq.






