Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 23-02-2018, 21:41

"Qapında dəqiqələrlə durub açmağını gözlədim" - Sevda

"Qapında dəqiqələrlə durub açmağını gözlədim" - Sevda
"Qapında dəqiqələrlə durub açmağını gözlədim" - Sevda

“3 il... Dildə çox asan deyilir 3 il... Dedilər, torpağın üzü soyuqduq, keçəcək, öyrəşəcəksən, qəbul edəcəksən. Ana, amma başa düşmədilər ki, yara getdikcə göynəyir”.

axsam.az-ın məlumatına görə, bu sözləri müğənni Sevda Sanəliyeva sosial şəbəkədə yazıb.

Anasının ad günü olan sənətçi hələ də onun üçün darıxdığını bildirib:

“Çətin günlərim, aylarım oldu, gözüm səni axtardı, ürəyim səni istədi, qulağım sənin məsləhətlərini eşitməyi arzuladı. Hətta sənin dilinlə özümü danışdırdığım oldu: “anam yanındayam” deyib, sənin nömrəndən özümə yazdığım anlar oldu. Qapında dəqiqələrlə durub açmağını gözlədim.

Özümə sənsiz sevinməyi, gülməyi yaraşdırmadım. Bu gün sənin ad günündür. Allah izn versə, nəvələrini böyüdənə kimi yaşamaq istəyirəm. Məni gözlə ana... Qucağında yatmağım üçün məni gözlə”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
430 486 485 429 445 431

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.