Kənan Heydərov

Kənan Heydərov Yumor 28-02-2018, 15:40

Balaca uşaqlar ve... lətifələr:))

Balaca uşaqlar ve... lətifələr:))
Balaca uşaqlar ve... lətifələr:))

Müəllim dərs zamanı uşaqlara deyir: -Pulu boş yerə xərcləməyin. Atanız onu alın təri ilə qazanır. Bir uşaq deyir: -Mənim atam alın təri ilə qazanmır. -Bəs o pulu haradan alır? -Buzxanada işləyir.

Atası Əlidən soruşur: -Məktəbdə vəziyyətin necədir? -Əladır ata düz sobanın yanında otururam.

Müəllim deyir: -Əli, 10un üstünə 40 gələndə neçə edər? -Beş edər müəllim. -Yəqin 50 demək istədin. -Yox 5. Siz deməmişdiniz ki 0-ın dəyəri yoxdur?!

Müəllim 1-ci sinif şagirdinə əsəbləşir: -Sən 3aydır məktəbə gəlirsən, neçə sual verdim heç birinə cavab vermədin. Sən heç nə bilmirsən... Uşaq yavaşca deyir: -Müəllim, elə ona görə də anam məni məktəbə gönərir...

Müəllim: -Əli, "qaz" sözü dilimizdə həm yanan, həm də ev quşu anlamındadır. Səncə niyə onlar omonim hesab olunur? -Hər ikisini də kəsmək mümkün olduğu üçün, müəllim.

Müəllim növbəti dəfə dərsə gecikən Samirə əsəbləşir: -Sən dərsə gecikməyinə son qoyacaqsan yoxsa yox? -Əlbətdə qoyacam, məktəbi qurtaran kimi.

İdman dərsində müəllim Əlidən soruşur: -100 metri neçə saniyəyə qaçarsan? -Müəllim, o baxır nəyin dalınca qaçmağıma.

-Ata mənə bir manat ver, teleskop ilə təzə çıxan aya baxmaq istəyirəm. -Onda bir həftə də gözlə bir manat verib ayın yekələşməsinə baxarsan.

Ana kiçik oğluna hirslənərək: -Sən cəza olaraq axşam tort yeməyəcəksən. -Amma siz də yeməyəcəksiniz, mən artıq onu yemişəm.

Məktəbə gecikən uşaqdan müəllimi soruşur: -Niyə gecikdin? -Müəllim bilirsiz, yolun qırağı ilə gələrkən... -Nə? -Yazılmışdı ki qabaqda məktəb var yavaş gedin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1123 1062 965 1002 981 977

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.