“Galaxy Note 6”-da “Blackberry”-nin bu funksiyası olacaq

“Galaxy Note 6”-da “Blackberry”-nin bu funksiyası olacaq


“Blackberry” mobil dünyada tərcih edilən marka olmasa da, şirkətin istehsal etdiyi smartfonların “Blackberry Hub” adlı funksiyasını hər kəs bəyənir. “Blackberry Hub”-ın köməyi ilə bütün mesajlar, e-poçtlar, bildirişlər, sosial şəbəkə və mesajlaşma tətbiqlərinin bildirişləri eyni məkanda toplanır.

“Samsung” da öz növbəsində “Blackberry Hub”-a bənzər funksiya üzərində işləyir. “Samsung Focus” adlanacaq funksiya “Galaxy Note 6”-da istifadə olunacaq. Beləliklə, “Facebook”, “Twitter”, “İnstagram”, “Whatsapp” kimi mesajlaşma və sosial şəbəkə tətbiqlərinin bildirişləri, mesajları, e-poçtlar, xatırlatmalar və s. tək bir məkanda toplanacaq.

Qeyd edək ki, “Samsung” bu funksiyanın köməyi ilə öz smartfonunu biznes dünyasının vaz keçilməz smartfonu etmək istəyir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
620 677 586 556 576 574

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.