Kənan Heydərov

Kənan Heydərov Azərbaycan 7-03-2018, 16:53

Valideynlər övladlarına bu adları qoya bilər: Çinənay, Düşvarə, Əfifə, Elfira...

Valideynlər övladlarına bu adları qoya bilər: Çinənay, Düşvarə, Əfifə, Elfira...
Valideynlər övladlarına bu adları qoya bilər: Çinənay, Düşvarə, Əfifə, Elfira...

Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən daha 70 maraqlı ad açıqlanıb.

Loading.Az "report"a istinadən verdiyi məlumata görə, adlar siyahısında Çağrı, Çallı (müdrik), Çakar, Çakər, Çayanbəy (igid bəy), Çayanxan, Çaylı, Çıraq, Çıraqqəddin (dinin işığı), Çolpan (dan ulduzu) kimi kişi, Çeşmə, Çeşmi, Çeşməgül, Çeşməxanım, Çeşməzar, Çəməni, Çinənay (Çin tütəyi) kimi qadın adları yer alıb.


Valideynlər övladlarına Dadbəxş (əltutan), Dadrəs (imdada yetişən, himayəçi), Dalqılıc (qınsız qılınc), Damanəli (Əlinin ətəyi), Danzi, Dənzi (sübh qızartısı), Darab (suyun başlanğıcı), Dəyyan (ölməz), Dilgün (gözəl danışan), Dilmac (çox dil bilən), Dövrəli (Əli dövrü), Dural (dəyişməyən) kişi, Danqız (Sübh qızı), Dilaram (qəlbə rahatlıq verən), Dilfəza (fəza kimi geniş ürəkli), Dilistan, Dürrü, Dürrət, Düşəri, Dürsəti (inci üzlü), Düşvarə (müşkül) kimi qadın adları da qoya bilərlər.

Adlar siyahısında Elbaşı, Elmi, Elruh, Elson (yurdun axırıncı oğlu), Erazim kimi kişi, Elda (Yelda), Eldəgül, Elfira, Elli, Esfira (ulduz, parlaq), Eyvazgül (tamamilə gül, başdan ayağa gül) kimi qadın adları da yer alıb.

Körpələrə Ədib, Əfrand (əzəmət), Əlfi (ülfətli), Əlidədə, Əlim (Alim, vaqif adam), Əliş, Əmircan, Ənbili (peyğəmbər nəslindən olan), Əralp (igid döyüşçü), Ərçə (həddi buluğa çatmış), Ərman, Ərsay, Ərzan kimi kişi, Əfafə (iffət), Əfifə (iffətli), Əqdəs (ən müqəddəs), Əlimə (dərdli), Ərus (gəlin, nişanlı), Əsra (daha sürətli), Ətrabə (ətir suyu), Əzra (bakirə) kimi qadın adları da qoyula bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
801 851 835 658 749 695

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.