Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 4-04-2018, 10:54

Tünzalə mədəsini bütöv kəsdirdi

Tünzalə mədəsini bütöv kəsdirdi
 
 Tünzalə mədəsini bütöv kəsdirdi
 

Əməkdar artist Tünzalə Əliyeva bir müddət əvvəl mədəkiçiltmə əməliyyatı etdirdiyi ilə bağlı açıqlama vermişdi.


axsam.az-ın əldə etdiyi məlumata görə, aktrisa əməliyyat zamanı mədəsini tamamilə götüzdürüb.


T.Əliyeva əməkdaşımızla söhbətində bunu təsdiqləyib. O, hazırda mədəsiz olduğunu bildirib:


"Mədəmi tamamilə çıxartdırdım. Onun əvəzinə çeçələ barmaq böyüklüyündə bir borucuq qalıb. İndi həkimlər çalışır ki, onun həcmini bir az böyütsünlər. Əvvəl yalnız bir ədəd yarpaqdolması yeyə bilirdim. Gün ərzində istədiyimi yeyə bilərəm, amma az miqdarda. Çox yeyə bilmərəm, qaytarıram. Arıqlamağım davam edir, hər şey yaxşıdır”.


"Toppuş bacı” ləqəbli aktrisa  yaradıcılığından da danışıb. Əliyeva rejissorların onu filmlərə dəvət etməməsindən gileylənib:


"Mənim üçün də maraqlıdır ki, rejissorlar niyə mənə rol vermirlər? Heç bir filmdən təklif almıram. Yəqin mənə uyğun rol olmur”.

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
601 530 512 554 453 498

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.