"Qarabağ"ın Çempionlar Liqasındakı ilk oyununun vaxtı açıqlandı
"Qarabağ" Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
UEFA-nın saytının verdiyi xəbərə görə, bu mərhələnin ilk oyunları iyulun 12-13-də, cavab matçları isə həmin ayın 19-20-də keçiriləcək.
Avropa Liqasında ölkəmizitəmsil edəcək üç klubun hamısı mübarizəyə I təsnifat mərhələsindən start verəcək. Bu mərhələdə ilk oyunlar iyunun 30-na, cavab qarşılaşmaları isə iyulun 7-nə nəzərdə tutulub.
"Qəbələ" və "Kəpəz"in Avroliqada mübarizə aparacağı dəqiqdi. "Neftçi" və ya AZAL klublarından hansının qitənin ikinci dərəcəli klub turnirində yarışacağı isə Azərbaycan Premyer Liqasında mövsümün sonuncu - XXXVI turundan sonra bəlli olacaq.
İyunun 22-də keçiriləcək püşkatmada Azərbaycan klublarının rəqibləri müəyyənləşəcək.