Möcüzəli Talehim Bölüm 32
Ayan dünən gecədən bəri otağından çıxmırdı.Anar bir neçə dəfə onu səsləsədə özünü eşitməzliyə vurmuşdu. Onu Gülşənlə birlikdə səmimi tərzdə gördükdən sonra hələ də özünə gələ bilmirdi..Anar özünü əhv etdirmək üçün səhər yeməyini hazırlayıb onu gözləsədə hələ də enmədiyini görərək iri addımlarla otağına tərəf qalxır.Ayanın inadcıl olduğunu bilsə də onu yola gətirməyi ağlına qoymuşdu..Bir neçə dəfə qapını döysədə Ayan hay vermirdi.Sonda Anar səbri tükənmişcəsinə asta səslə dillənmişdi"Ayan, dünəndən bəri bir şey yeməmisən. Padnusda yemək gətirmişəm sənə, qapının ağzına qoyuram götürərsən"
Ayan uzaqlaşan addım səslərini eşidən kimi sevinclə qaçaraq cəld qapını açırm.Dünəndən bəri ac olduğundan bu xəbər onu xeyli sevindirmişdi. Hər zaman beləydi, inadcıllığı və qüruru üzündən başına gəlməyən qalmırdı..Ancaq onun xasiyyətinə Anar bələd idi,onu otaqdan necə çıxardacağını bildiyi üçün yalan işlətmişdi.Qapının küncündə gizlənib onun çıxmasını gözləyirdi.Ayan üzündəki məmmuniyyət hissiylə qapını açıb yemək götürməyi planlasada qəfildən Anarın qarşısına çıxmasıyla həm irkilmiş, həm də ona oyun oynadığını anlayıb qəzəblənmişdi..Cəld içəri girib qapını kilidləmək istəsə belə Anar bir həmləylə onu özünə tərəf dartıb bu istəyini ürəyində qoyur. İsti nəfəsini boynuna tərəf verərək istək dolu səslə pıçıldayır"Şş, hara belə balacam? "
Ayan onun ən adi sözündən belə təsirlənirdi, bu adam sanki onun ruhunu təslim almışdı..Ancaq qüruru və ağlı ona bu hisslərə qarşılıq verməyi qəti şəkildə qadağan edirdi..Onun iri qolları arasından çıxaraq qaşlarını çatıb geriyə çevrilir.Aralarında çox az bir məsafə qalmışdı art...Onun məsum, saf üzü, dərin və qəzəbli baxışları Anarın ağlını başından alırdı.
Anar"Belə baxmağa davam etsən heç də yaxşı olmayacaq"
Ayan"N-nə? "
Anar"Heç..Əlini ver,gedirik nahar etməyə"
Ayan"Mən heç hara getmirəm"
Anar "elə olsun, bunu mənə sən məcbur etdin"
Ayan anlamamış tərzdə onun üzünə baxırdı ki,anidən havalanan bədəniylə nəyə uğradığını şaşırır.Anar onu qucağına alaraq pilləkənlə üzüaşağı düşürdü.Ayan"Burax məni"deyə çırpınsada onu umursamırdı.Masanın yanına gələn kimi onu baş stolda əyləşdirərək yanında yer alır..Ayan qollarını sinəsində birləşdirib ona sərt bir baxış atır.Masaya tərəf baxdığında isə gözlərinə inana bilmirdi..Anar onun ən sevdiyi yeməkləri hazır etmişdi.Sıyıq , yumurtayla qızardılmış çörək, bir qədər pendir və çiyələk mürəbbəsi...Çayı açıq içdiyini bildiyindən rəngini çox süzməmişdi..Bəli bütün bunları Anar sevdiyi qadın üçün etmişdi..Ayanın üzünü azda olsa güldürmək onun üçün dünyalara bərabər idi..Ancaq lənət olası qürur..Ona Anarın etdiklərini bir an belə olsun unutdurmurdu..Hisslərini biruzə verməyə imkan yaratmırdı..Hər şey qüsursuz hazırlansada yalandan"ac deyiləm"deyə səslənərək Anarın bütün əziyyətini istəmədən olsa yerə vurmuşdu..Ancaq Anarda işini bilirdi, arvadını ondan yaxşı tanıyan yox idi...Hər şeyi keçi inadı üzündən etdiyinə adı kimi əmin idi...Ayanın üzünə düşən nazik saç telini qulağının dibinə verərək alınan isti öpüş qondurur.Çənəsindən tutaraq başını yuxarı qaldırıb gözlərinin dərinliyinə baxır..
Anar"Bilirəm mənə əsəbisən..Amma imkan ver aradakı buzları əridək..Ayan mən səni sevirəm, istər inan istər inanma Ancaq sevirəm..Gülşəndən sonra heç kimi sevə bilmərəm sandım amma oldu..Gözüm səndən başqasını görmûr..Mənə şans ver demirəm yanlış anlama, bunu səndən istəməyə haqqım belə yoxdu..Ancaq lütfən işimizi daha da çətinləşdirmə...İndi ağıllı qızım ol və yeməyini ye. Mən mətbəxə keçirəm rahat ol"
Ayan ağzı açıq tərzdə ona baxaraq"odun"deyə dilinin altında deyinmişdi..Onun romantik sözləri ayaqlarını yerdən kəssədə sonda dediyi sözlərlə tam bir ayı olduğunu sübut etmişdi..Anar mətbəxə keçər keçməz yeməklərə girişib, nəfəs almadan yeməyə başlayır..Aclıqdan qarnı dünəndən bəri gurlayırdı.Anarın onu izlədiyindən xəbərsiz masanın üstündəki ləziz təamlardan dadaraq qarnını oxşayırdı...Mətbəxtəki ara keçmədən hər şey açıq-aydın görünürdü.Anar astadan xısın-xısın gülərək"səni özüm yola gətirəcəm inadcı körpəm"deyə fısıldayır..
Gülşən sübh tezdən Kənanı yanına çağırmışdı..Artıq olub-bitənlərdə onunda payı olmalı idi..Dünən Anarı gördükdən sonra hələ onu sevdiyini sanır və bu yalana özünü inandırırdı..Pəncərədən boylanıb darvazada Kənanın maşınını görən kimi özünə çəki-düzən verərək qapıya yaxınlaşır.Geyindiyi qara gecəliyin yaxasını bağlayaraq dəstəyi açırm.Kənan yorğunluqdan çökən gözlərini ona tuşlayıb sanki nələr baş verdiyini anlamaq istəyirdi..Gülşən onu qapının ağzında qoyaraq içəri keçib divanda əyləşir.Ayaqlarını üst- üstə ataraq siqaretini yandırır. Kənan onun arxasınca gedib böyründə dayanır.Bu qadının unursamaz hərəkətləri onun sinirlərinə toxunurdu.
Kənan"Nə oldu? Bir şey edə bildin Leyla? Yada Gülşən"
Gülşən "Çox səbrsizsən..Səncə mən ağlına qoyduģu işi yarım buraxanlardanam? "
Kənan"Onu bilmirəm amma yalan danışmaqda sənə çatan olmaz"
Gülşən"Kəs, az çərənlə"
Siqaretinin tüstüsünü Kənanın üzünə verərək ayağa qalxır.
Gülşən"Anarla tanışlıq mərasimi baş tutdu..Məni tanımadı belə, onsuz tanımağı qeyri-mümkündü..Nəysə, mənə qalarsa indidən o qızla aralarını açmağa nail oldum"
Kənan "Ayanla? Ona nəsə etmisən? Bax əgər elədirsə"
Gülşən "Dedim axı qıza heç bir zərər verməyəcəm..Ancaq dünən adamalarım Anarın maşınının təkərlərini partlatdılar mən də onu xoşbəxt yuvasına qədər apardım.Axaxaxax;yazıq qız elə məzlum baxışlarla baxırdı ki,bizə"
Kənan"Sən, sən tam bir şeytansan"
Gülşən "Sən guya çox təmizsən? ?Sənə"qardaş"deyən qızı toy günü qaçıran sən deyildin? "
Kənan "Sus yoxsa"
Gülşən"Yoxsa Nə? yenə boğazıma yapışarsan? İnan mənə sənə heç bir faydası olmaz..Mən sənə yardım etmək istəyirəm sadəcə"
Kənan "Məni bura niyə çağırdın? "
Gülşən"Keç otur.Artıq sən də bir işə əl atmalısan. Birlikdə hərəkət etsək, bizə heç kim mane ola bilməz..Həm də bu gün Heydər Məlikovun atanı nə üstündə öldürdüyünü öyrənəcəksən.."
Ayan yeməyini bitirdikdən sonra yuxarı qalxmaq istəyirdi ki,Anar mətbəxdən qaçaraq gəlib onun önünü kəsir.
Ayan"Çəkil işim var"
Anar"Gözlərini qaçırma məndən..Nə işin var? Otaqda tək oturub mənə olan hirsini özündən çıxmaq?"
Ayan"Sənə əsəbi zad deyiləm mən"
Anar"Ona görə özündən belə çıxırsan? Məni Leylayla birlikdə görəndən bəri sifət edirsən"
Ayan"Deməli adı Leyladı o ifritənin"
Anar"İfritə? Axaxaxa. İfritə olduğunu hardan bilirsən? "
Ayan" Üzünə baxanda hiss etdim..Mən insanların üzünə baxanda bilirəm hansı yuvanın quşudu"
Anar"Uşaqlıq dostunu tanıyacaq qədər sərraf deyilsən məncə"
Anarın istəmədən olsa ağzından çıxan sözlər Ayanın gözlərindən əsəb qığılcımları çıxarmağa vadar olmuşdu...Anar etdiyi səhvi anlasada gec idi, söz ağızdan çıxmışdı bir kərə.
Ayan "Yaxşı ki,bir səhvimiz oldu. Ömür boyu üzümə vurarsan artıq"
Anar"Ayanım bağışla elə demək istəmirdim"
Ayan"Yenə hər şeyi məhv etdin..Nə zaman sənə güvənsəm, içimdə hisslər baş qaldırsa hər şeyi məhv edirsən"
Onun dediyi"içimdəki hisslər"sözû Anarın çaşqınlığına səbəb olur.Sevinclə üzünü əlləri arasına alıb parıldayan gözlərini ona dikir.Ayan hələ də dediyi sözlərin fərqinə varmamışdı.
Anar"Hər şey çox gözəl olacaq inan mənə.. Sənə etdiyim hər şeyi unutduracam söz verirəm"
Daha sonra bir addım geriyə çəkilir, astadan öskürərək səs tempini dəyişir."Bu gün anamı görməyə gedəcəm sənidə görmək istəyir...Gəlmək istəyirsənsə"
Ayan"Əlbəttə gələcəm.Samirə xala mənim üçün əzizdi.Gözlə yarım saata hazırlanıram"
Onun ürəyiyumşaqlığı və saflığı Anarın eşqini daha da alovlandırırdı..Bu səbəbdən sevirdi onu, bir insan ancaq bu qədər saf və təmiz qəlbli ola bilərdi..
2 saat sonra..
Heydər bəy onları böyük təntənəylə qarşılayıb gəlininin şərəfinə həyətdə kabab çəkdirirdi.İşçilər süfrəni ən incə detalına qədər səliqəylə hazırlayıb Ayanın başına pərvanətək dolanırdılar.Samirə isə artıq son günlərini yaşayırdı. Həkim ən çox 2 ay yaşayacağını bildirmişdi. Anarın evləndiyini gördükdən sonra azda olsa rahatlıq tapmışdï qadıncığaz.
Samirə"Ayan qızım, Anar səni incitmir ki?"
Ayan Anara tərəf çevrilib tərs bir baxış atır"Yox Samirə xala, oğlunuz mənə çox yaxşı baxır, narahat olmayın"
Heydər "Əlbəttə baxacaq,səni incitsə dar ağacından asaram onu"
Samirə"Sizi xoşbəxt görəndən sonra ölsəm də qəm yemərəm"
Anar"Ana,yalvarıram belə danışma.."
Heydər "Hələ nəvələrimizi sevəcəyik Samirə..Anar siz də əlinizi tez tutun oğlum"
Anar bicliklə gülümsəyib"Yaxşı ata"desədə Ayan qıpqırmızı qïzarmışd..
Sonda axşam düşdüyünü görüb evlərinə tərəf yola düşmüşdülər.Yol boyu heç birinin ağzını bıçaq açmırdı. Evə çatdıqlarında hər ikisi maşından düşüb addımlayırdılar ki,Anarın telefonuna gələn zənglə ayaq saxlamışdılar. Ayan qısqanc və sual dolu baxışlarla Anara baxıb kim olduğunu bilmək istəyirdi.
Anar"Bəli"
Gülşən"Axşamınız xeyir Anar bəy, narahat etmirəm ki?"
Anar"Xeyr, buyurun"
Gülşən "Sabah imzalar çəkildikdən sonra sizinlə bir ideamı bölüşə bilərəm? "
Anar"Əlbəttə olar, ancaq indi işim var, sonra danışarıq Leyla xanım"
Onun sonda dediyi"Leyla "sözü Ayanın bütün əsəblərini tarıma çəkmişdi. Ayaqlarını yerə döyəcləyib arxasını dönərək cəld evə tərəf addımlamaq istəyir ki,Anar qolundan tutaraq onu geri çəkir.
Anar"Hara gedirsən? Qaçma"
Ayan"Qaçmıram, burax qolumu. Get Leylayla görüş"
Anar"Məni sinir etmə"
Ayan"Burax qo aaaaa"
Hər ikisinin ayağı büdrədiyindən yan tərəfdəki suyla dolu hovuza düşmüşdülər.Ayan üzmēyi yaxşı bilmədiyindən suyun altında qalïr,Anar cəld şəkildə onu suyun üstünə çıxarır.Payız fəsli olduğunsan su buz kimi idi. Hər ikisini tir-tir əsərək hovuzun ortasında qalmışdılar. Ayan qollarını Anarın boynuna dolayıb batmaqdan qorxurdu.
Anar"Balacam qorxma boğulmarsan, mən varam. Birazda bərk tutsan boğulacam"
Ayan"Onsuz sənin üzündəndi sakit dur,həpşii"
Anar"üzümə asqırma. Mənim üzümdən imiş, hamısı sənin inadın üzündəndi "
Ayan"Yox, sənin ağılsızlıģın üzündə-həpşii"
Anar"İkimizdə xəstələnəcəyik..Quruya çıxıb dalaşsaq olar? "
Ayan"Yaxşı olar"
Anar Ayana kömək edərək hovuzdan çıxmasına yardım edir arxasınca özüdə çıxır. Hər ikisi islanmış cücəyə dönmüşdülər. Anar açarları taparaq qapını açır.
Anar"Qaç üstünü dəyiş.Sonra gəl isti kofe iç, yaxşı görünmürsən "
Ayan"Bə-bəs sən? "
Anar"Mənə bir şey olmaz tez elə"
Ayan cəld yuxarı çıxıb şkafı açır. İdman paltarlarını seçərək kənara qoyub əynindəkiləri çıxarmağa başlayır. Dişləri bir-birinə dəyirdi soyuqdan. Deyəsən qızdırmasıda qalxırdï artıq. Güclə paltarları əyninə keçirib aşağı enir.Anar əlində isti kofeylə ona yaxınlaşıb qolundan tutaraq divanda əyləşdirir. Başı Ayana qarışdığından öz paltarlarını çıxarmaq belə yadïndan çıxmışdı. Bir tək üstdəki köynəyini çıxarmağa nail olmuşdu.Ayan sanki indi fərqinə varırdı ,Anarın ona olan sevgisini indi başa düşürdü.Anar əlindəki dəsmalla onun saçlarını qurulayırdı.Ayan kofedən bir neçə udum aldıqdan sonra yerə qoyaraq ayağa qalxır. Geriyə çevrilərək Anarla üzbəüz dayanıb sifət cizgilərini incələyir.
Anar"Nəsə olub balacam? Yaxşısan? "
Ayan"Heç bu qədər yaxşı olmamışdïm? "
Anar"Hə? "
Ayan işarət barmağını onun dodaqlarına basdıraraq əlini qaldırıb öz ürəyinin üstünə aparır. Qızdırmanında verdiyi cəsarətlə "Bax; ürəyim yerindən çıxacaqmış kimi atır, bunun səbəbi sənsən pis ayı"
Anar təəccüblənsədə onun sayıqladığını düşünür. Özünə hakim ola bilməyib nəyisə səhv etməkdən, onu incitməkdən qorxurdu.
Anar"Gəl, qızdırmanı ölçək"
Ayan"Mənə yaxşı gələcək tək şey sənsən"
Bir addım daha ataraq Anarla aralarındakı məsafəni örtür. Ayaq barmaqlarında yuxarı qalxaraq istəklə Anarın dodaqlarına yumulur. Anar artıq özünə hakim ola bilmədən onun öpüşlərinə qarşılıq verərək belindən tutub özünə sıxır...






