“Samsung”dan yeni smartfon: “Galaxy A9 Pro”

“Samsung”dan yeni smartfon: “Galaxy A9 Pro”


“Samsung” şirkəti istifadəçiləri fərqli texnoloji modellərlə sevindirməyə davam edir. Bu dəfə şirkət istehsal etdiyi yeni smartfonlarını nümayiş etdirib.

Təqdim olunan yeni telefon modeli “Galaxy A9 Pro” adlanır. “Galaxy A9 Pro” smartfonu Full HD ekrana malikdir. Telefonun 4 GB yaddaş kartı, 5000 mAh gücündə batareyası var.

Modelin ekranı Super AMOLED funksiyasına malikdir. “Galaxy A9 Pro” telefonu barmaqla toxunuş sensorundan ibarətdir. Məlumata görə, model keçən ilin dekabr ayında təqdim olunmuş “Galaxy A9” smartfonu ilə demək olar ki eyni texniki xüsusiyyətlərə sahibdir. Telefon Qualcomm Snapdragon 652 prosessoru ilə işləyir.

Modelin kamerası 16 meqapikseldir. Ön kamerası isə 8 meqapiksel həcmindədir. “Galaxy A9 Pro” smartfonu 32 GB fləş yaddaşa da malikdir. Model Android 6.0.1 Marshmallow əməliyyat sistemi ilə işləyir. Onun ölçüləri 161,7 × 80,9 × 7,9 mm, çəkisi isə 210 qramdır.

“Galaxy A9 Pro” telefonu 540 dollar dəyərindədir. O, ağ, çəhrayı və qızılı çəhrayı rəngdə satışa təqdim olunacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
755 682 678 557 694 543

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.