(¯`*•.❤️ ƏsiR Külək Dözmür Ürək ❤️.•*´¯)

(¯`*•.❤️ ƏsiR Külək Dözmür Ürək ❤️.•*´¯)
(¯`*•.❤️ ƏsiR Külək Dözmür Ürək ❤️.•*´¯)

Külək əsir... üşüyür yenə daş-divar,
Səkilərin üstünə düşür damlalar,
Küçələrdən tələsik keçib gedirlər.
Səni xatırlayıram qəlbimdə kədər,
Biz də belə gedərdik
Küləkli havalarda, yağışlı havalarda.

Külək əsir... titrəyir qapı-pəncərə.
Yağış yağır... şırhaşır düşür şəhərə,
Dalda yerə çəkilir bir qız, bir oğlan
Qorxub yağışdan;
Biz də belə edərdik
Küləkli havalarda, yağışlı havalarda.

Külək əsir... sevdiyim mahnını çalır,
Yağış yağır, şəklini yadıma salır,
Bir qız keçır sən geyən jaketdə bu dəm,
Duman çökmüş şüşədən onu görürəm,
Səni görmürəm...
Küləkli havalarda, yağışlı havalarda.

Külək əsir, közərir odum, yanıram.
Yağış yağır, gözümdən yağır sanıram,
Səni, səni axtarır, səni gəzirəm.
Başqa vaxtı hicrinə bir cür dözürəm.
Ancaq dözə bilmirəm
Küləkli havalarda, yağışlı havalarda.


[media=https://www.youtube.com/watch?v=yWFuyuNVSig]


İkimizdə ağladıq...Bu anda yağışda yağmağa başladı..

Həyatda 1 şeyi itirdim oda sevgilim.. Bununla kifayətlənmdi.. 1 Dostumuda itirdim...

Sənsizlik Yağış Gətirdi Sevgilim...

Sənsizlik yağış gətirdi Dostum...

Dinlə: SevGiLim. DinLə Dostum. DinLə Kənan.

Müəllif Kənan0001



[media=https://www.youtube.com/watch?v=MJhQAhRpX3U]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
676 626 618 551 608 633

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.