_Uğurböceyi_

_Uğurböceyi_ İslam Dini 27-06-2018, 11:00

İnsan özünə ölüm arzulaya bilərmi.

İnsan özünə ölüm arzulaya bilərmi.
İnsan özünə ölüm arzulaya bilərmi.

Əvvəla, dinimizdə istər özünə, istərsə də başqalarına qarğış etmək bəyənilmir. Dil bizə ona görə verilib ki, onu müsbət, xeyirli və halal yerlərdə istifadə edək. Müqəddəslərimiz qarğış etməz, hətta öz düşmənləri üçün də hidayət duası edərdilər.

İkincisi, həyat Allahın bizə lütfü və əmanətidir. Biz öz həyatımızın tam maliki deyilik ki, ona son qoymaq və ya bunu arzu etmək ixtiyarı da bizdə olsun. Hər kəsin əcəli Allaha məlumdur və Onun məsləhət bildiyi an əcəl gələcək.

Üçüncüsü, bu dünya həyatı hər nə qədər çətin və təhlükəli olsa belə, axirəti qazanmaq üçün lazımdır. Əgər dünya həyatı olmasa, cənnətin də mənası olmaz. Biz axirətdəki mükafat və ya cəzamızı bu dünyada qazanırıq. Başqa sözlə desək, cənnət istəyiriksə, Allahın verdiyi ömrü ləyaqətlə yaşamalı və cənnətə layiq olduğumuzu sübut etməliyik. Unutmayaq ki, çətin sınaqlardan uğurla çıxmaq nəticəsində Allahın razılığına və mükafatına layiq ola bilərik.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
772 714 830 644 754 794

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.