♔Princess♔

♔Princess♔ Mətbəx 29-05-2016, 15:14

Asan hazırlanan kəsmikli keks

Asan hazırlanan kəsmikli keks


Ağartı məhsulları kalsium bolluğuna görə hər zaman mütəxəsislər tərəfindən yeyilməsi tövsiyyə edilir. Qatıq, şor, kəsmik və s kimi vitaminli bu məhsullar orqanizm üçün çox faydalıdır. Xüsusəndə kiçik yaşda uşaqlara yeyilməsi vacib olan ağartı məhsullarını adi halda yeyə bilmirsinizsə onlardan müxtəlif şirniyyatların tərkibində istifadə edə bilərsiniz. Bu cür şirniyyatlar səhərlər yemək yeməkdən imtina edən uşaqlar da sevərək yeyəcək.

Bu cür keks reseptlərdən biri sizə təqdim edilir:

Lazım olan ərzaqlar:

200 q şəkər tozu
3 ədəd yumurta
150 q kərə yağı
200 q un
4 xörək qaşığı qara üzüm (kişmiş)
200 q kəsmik
1 çay qaşığı qabartma tozu.

Əvvəlcə yağı əridin. Yumurta ilə şəkər tozunu qarışdırıb, yaxşıca çaldıqdan sonra üzərinə, kəsmik, yağ və qabartma tozunu əlavə edə bilərsiniz. Davamında qarışdıra-qarışdıra unu da üzərinə əlavə edin.
Xəmirə yuyub, qurutduqdan sonra üzümləri əlavə edərək, kəsmikli xəmirdən az-az götürüb, kağız formalara əlavə edin. 180 dərəcə temperaturda qızdırılan sobaya qoyub, 15-20 dəqiqə bişirin.
Ən sonda üzərinə şəkər kirşanı əlavə edib, doğmalarınızla nuş edin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
675 592 665 678 729 638

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.