kara sevda

kara sevda Avto Dünya 26-05-2016, 19:00

Mercedes-Benz S Class Maybach

Mercedes-Benz S Class Maybach

23 Yanvar tarixində Mercedes-Benz brendinin yeganə rəsmi dilerliyi "AutoStar Kaukasus"-da avtomobil ilinin ən əhəmiyyət kəsb edən hadisələrindən biri - yeni Mercedes-Maybach S-Class modelinin təqdimatı keçirildi.

Mercedes-Benz-in Azərbaycanda baş distribütoru "Avtokapital Azərbaycan" və minik avtomobilləri üzrə yeganə rəsmi dileri "AutoStar Kaukasus" Şirkətləri eksklüziv Mercedes-Maybach S600 modelinin təqdim olunduğu təmtəraqlı bir gecənin təşkilatçısı olmuşdurlar.
Bütün model sırasının zirvəsini layiqincə təmsil edən avtomobil - Mercedes-Benz, bu möhtəşəm ziyafətdə, avtomobil dəbdəbəsində, hətta ən təcrübəli tamaşaçı üçün, diqqət və hədsiz maraq mərkəzinə çevrilmişdir.

"AutoStar Kaukasus"
Şirkətinin satış direktoru Ziya Mahmudov tədbir zamanı çıxışında qeyd edib: "Yeni Mercedes-Maybach S alman istehsalçılarının fəxridir və özündə lüks avtomobillərin ən yaxşı keyfiyyətlərini birləşdirir". Ziya Mahmudov modelin yaranması və üstünlükləri haqqında ətraflı məlumat verib.

Təşkilatçılar yeni avtomobilin layiqincə qiymətləndirilməsi üçün bütün lazımi atmosferi yarada bilmişdilər. Təklif olunan nəfis təamlar, Fransız şərabları və canlı musiqi isə gecəni daha da təmtəraqlı edirdi.







Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
763 801 669 748 815 693

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.