_Yene_Tenha_

_Yene_Tenha_ Avto Dünya 15-07-2018, 12:00

Texniki baxışdan keçməyənlər elektron qaydada cərimələnəcək

Texniki baxışdan keçməyənlər elektron qaydada cərimələnəcək
Texniki baxışdan keçməyənlər elektron qaydada cərimələnəcək


Avtomobilini texniki baxışdan keçirməyən sürücü radarlar vasitəsilə elektron qaydada cərimələnə biləcək. Bunun üçün qanuna təklif edilən dəyişiklik artıq Milli Məclisin sonuncu plenar iclasında qəbul edilib.

Bu həm də o deməkdir ki, əgər həmin avtomobil idarə edilmirsə, sürücü cərimlənməyəcək. Hazırda qüvvədə olan qanuna əsasən, avtomobillər tip və istehsal ölkələrinə görə ilin müxtəlif aylarında texniki baxışdan keçməli idilərsə,yol hərəkəti haqqında qanuna edilən dəyişikliklə artıq belə bir müddət bölgüsü olmayacaq.

Bundan əlavə, hazırda qüvvədə olan qanuna görə, texniki baxışdan keçməməyə görə fiziki, hüquqi və vəzifəli şəxs barəsində ayrı-ayrı cərimə məbləği təyin edilirdisə, yeniliyə əsasən, bu xətaya görə təkcə sürücü, o da 50 manat məbləğində cərimələcək. Bütün bu dəyişikliklər prezident tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Onu da qeyd edək ki, xarici ölkədə istehsal edilən avtomobillər üçün texniki baxışın müddəti bu ayın sonu başa çatsa da, Baş Dövlət Yol Polis idarəsinin texniki müayinə mərkəzindən verilən məlumata görə, hələ ki bu avtomobillərin cəmi 15 % yoxlanışdan keçib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
566 520 572 542 466 522

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.