_Yene_Tenha_

_Yene_Tenha_ Avto Dünya 19-07-2018, 15:00

“Ford”dan elektromobil həmləsi

“Ford”dan elektromobil həmləsi
“Ford”dan elektromobil həmləsi


ABŞ-ın "Ford" şirkəti tədricən daxili yanma mühərrikli avtomobillərin istehsalından imtina edərək elektromobillərin istehsalına başlayacaq.

Bunu "Engadget" saytına müsahibəsində "Ford"un "yaşıl" istiqamət üzrə qlobal direktoru Ted Kannis deyib. O bildirib ki, avtomobil dünyası dəyişir və şirkət zamanla ayaqlaşmalıdır. T. Kannis qeyd edib ki, "Ford" müxtəlif bazarlara və publikaya istiqamətlənmiş elektromobillər buraxacaq, çünki adi maşınların dövrü sona yaxınlaşır.

"Ford"un yeni nəsil elektromobillərindən ilki "Mustang" və "Mach 1" olacaq. Onlar 2020-ci ildə satışa çıxacaq. 2022-ci ildə şirkət daha 16 növ elektromobil, eləcə də 24 hibrid avtomobil təqdim edəcək.

Xatırladaq ki, "Toyota", "Volvo", "Peugeot" və dünya avtomobil sənayesinin digər markaları da daxili yanma mühərrikindən imtinaya hazırlaşır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
637 627 482 519 547 505

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.