_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 28-07-2018, 16:22

Samsung sınmayan displey təqdim edəcək

Samsung sınmayan displey təqdim edəcək
Samsung sınmayan displey təqdim edəcək


"Samsung" şirkəti "Corning Gorilla Glass 6" şüşəsinin təqdimatından sonra zərbəyə davamlı elastik OLED displeyini təqdim edib. Yeni texnologiyanın sınaqdan keçirilməsi zamanı yeni tip displeyin rəqibi ilə müqayisədə 2 dəfə daha davamlı olduğu məlum olub.

Yeni texnologiya artıq "Underwrites Laboratories" sertifikatını alıb. 1,2 metr hündürlükdən 26 dəfə yerə düşən displey normal işləyib və onda heç bir zədə qeydə alınmayıb. 1,8 metr hündürlükdən bərk səth üzərinə düşmə zamanı da displey zədələnməyib. Həmçinin yeni tip displey yüksək (71 selsi dərəcə) və aşağı (-32 selsi dərəcə) temperatura davamlılıq sınağından da müvəffəqiyyətlə keçib.

"Samsung"un nümayəndələrinin sözlərinə görə, yeni texnologiyanın yalnız smartfonlarda deyil, həmçinin avtomobil, hərbi texnika, planşet və noutbuklarda tətbiqi planlaşdırılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
618 516 498 501 574 511

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.