"Barselona"nın futbolçusu "Yuventus"la anlaşdı

"Barselona"nın futbolçusu "Yuventus"la anlaşdı

"Barselona"nın müdafiəçisi Xavyer Maskerano karyerasını "Yuventus"da davam etdirməyə yaxındı.

Argentinalı Turin təmsilçisi ilə prinsipial razılıq əldə edib.

Söhbət 3 illik sözləşmədən gedir. Buna əsasən, onun məvacibi "Barsa"dakından xeyli artıq olacaq. Məhz bu səbəbdən təcrübəli oyunçu Kataloniya klubunu tərk etməyi düşünür.

Bununla belə, "Barselona" rəhbərliyi Maskeranoyla yollarını ayırmağı planlaşdırmır və onu komandada saxlamaq niyyətindədi.

Maskerano geridə qalan mövsümdə La Liqada 32 oyunda iştirak edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
563 446 490 455 466 442

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.