_Yene_Tenha_

_Yene_Tenha_ İdman 17-08-2018, 07:43

İspaniya La Liqasının bəzi matçları ABŞ və Kanadada keçiriləcək

İspaniya La Liqasının bəzi matçları ABŞ və Kanadada keçiriləcək
İspaniya La Liqasının bəzi matçları ABŞ və Kanadada keçiriləcək


İspaniya La Liqasının bəzi oyunları ABŞ və Kanadada keçiriləcək.

Bu barədə La Liqanın prezidenti Xavyer Tebas məlumat verib.

Rəhbərlik çempionatın bəzi oyunlarının 15 il ərzində bu ölkələrdə keçirilməsi üçün "Relevant" şirkəti ilə razılığa gəlib. Müqavilə növbəti mövsümdə "Barselona" və "Real Madrid"in bəzi oyunlarının ABŞ-da keçiriləcəyi maddədən ibarətdir.

La Liqa prezidenti anlaşma ilə bağlı fikirlərini bölüşüb: "Biz bütün dünyada futbola olan marağı artırmaq üçün çalışırıq. Bu inqilabi saziş, şübhəsiz ki, ABŞ və Kanadada bu gözəl idman növünün populyarlığına böyük təkan verəcək"

Qeyd edək ki, İspaniya La Liqası avqustun 17-də start götürəcək

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
553 589 566 462 490 519

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.