♥Мой Мир♥

♥Мой Мир♥ Hekayələr 2-06-2016, 18:30

Dəli sevdam gəl və al məni

Dəli sevdam gəl və al məni

Gözlərimi bağlayıb, içimə çəkilirəm.
Dodaqlarımın atəşi, görüşür dodaqlarınla.
Çırpınır ürəyim.
Sənsizliyin yükü, o qədər ağır ki! ...
Daşıya bilmirəm.
Bir-biri ardı sıra, qarışqa dizilişi kimi,
isti yağışlarım tökülməyə başlayır sənə…
Həyatımın ağıllanmaz ruhuna, şirin bəlasına.

İçimdə ıpıslak olursan.
Sevdamın atəşiylə quruluram səni.
Necə də əhatə etmisən məni.
Beyninlə, sevginlə, ruhunla, səsinlə,
yoldaşlığınla, dostluğunla.
Elə şirin, elə şirin, bir əhatə etmə ki bu,
çıxmağa çalışmıram.
Heç müdafiəm yox biləsən.
Əllərimi qaldırır ağ bayrağımı yelləyirəm.
Və… Hər şeyimlə təslim oluram sənə.
Endir silahlarını. Təsliməm işdə təsliməm.
Gəl və al məni..

Sənə saxladım, içimdəki sonsuz sevgini.
Həyata dair yaşana biləcək bütün həyəcanlarımı.
İçimdən çölə daşan dəli sevinclərimi.
Sənə saxladım, dəmlənmiş hüznlərimi.
Uşaqlığımdan qalanları.


Və… Heç imtina etmədim ki....
Bu qədər zamandır səni sevməkdən.
Mən, o mavinin heç sıxılmayan yolçusuyam indi.
Haydı! ...canıma can qatan sən,
Gəl və al məni.


Dəli sevdam gəl və al məni

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
711 728 641 670 662 559

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.