Android Skype’dan “Offline” Şəkil Göndərmək Artıq Mümkündür!

Android Skype’dan “Offline” Şəkil Göndərmək Artıq Mümkündür!

Microsoft son zamanlarda Skype’ı keçmişdən qalan bir proqram olmaqdan çıxarıb istifadəyə rahat bir alətə çevirmək üçün önəmli addımlar atır. Xüsusilə həqiqi zamanlı tərcümə xidməti Skype’ın son dönəmdəki ən ciddi addımı olaraq nəzərə çarpır.

Təqdim etdiyi xidmətləri çeşidləndirən Skype, bir yandan da mobil platformalardakı tətbiqlərini yaxşılaşdırmağa davam edir. Android tətbiqinə gələn ən son yeniləmə ilə Skype istifadəçilərinə xətdə olmadıqları zaman şəkil paylaşmağa imkan verir. İstifadəçilərin o anda xətdə olmayan dostlarına Skype üzərindən göndərdikləri şəkillər qarşı tərəf onlayn olduğu an çatdırılır və baxıla bilir. Yeniləmə Skype Android tətbiqinin arxa planda işləməsinin də önünü açır.

Arxa planda işləmə xüsusiyyəti ilə istifadəçilər Skype üzərində bir video söhbət gerçəkləşdirdikləri zaman tətbiqdən çıxa bilirlər. Çıxışdan sonra söhbət ekran üzərindəki kiçik bir pəncərəyə daşınır.

iOS tətbiqini də unutmayan Skype URİ dəstəyi təqdim etməyə başladı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
636 679 571 608 590 618

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.