♥Мой Мир♥

♥Мой Мир♥ Maraqlı 5-06-2016, 22:00

Yaşıl rəng

Yaşıl rəng

İnsana böyük bir rahatlıq verən yaşıl rəngi indiki vaxtda psixoloji seanslarda da istifadə edirlər. Müalicə olunan xəstələr yaşıl rənglə dincliyə qovuşur.

Yaşılın təsiri:
Duyğularınızı ifadə etmək istəyirsinizsə, yaşıl sizin üçün vacib rəngdir. İş yerinizdə qısqanc insanlar çoxdursa, yaşıl yenə köməyə yetişər.

Yaşılın müsbət xüsusiyyətləri:
Yaşıl rəng dünya üzərində ən çox olan rənglərdən biri olub, paylaşmanın uyğunlaşmanın mərdliyin və əməkdaşlığın rəngidir.
Yaşıl rəng sakitləşdirici bir xüsusiyyət daşıdığı üçün enerji verərək şəfqət duyğularımızı artırır.
Sinirlərin sakitləşməsini təmin edir.
Ağılın və şüurun rəngidir.
İnsana güvən və dinclik hissi verir.
Doğru qərar alınması üçün uyğun bir mühit yaradır.
Azadlıq uyğunlaşma və tarazlıq, yaşılın təbii enerjisinə söykənir.
Yaşıl həyatın yenilənməsini və təkamülünü izah edən bir rəngdir.

Yaşılın mənfi xüsusiyyətləri:
Əhəmiyyətli hesab etməzlik və etibarsızlıq, həddindən artıq utancaqlıq və şübhə mənfi xüsusiyyətləridir.
Bu duyğulara bağlı olaraq, qısqanclıq, eqoizm vərdişi ortaya çıxar.
Tənbəllik də mənfi xüsusiyyətidir. Çox istifadə edildiyində bezdirici hal yaradar.

Yaşılın fiziki təsirləri:
Yaşıl sinir sistemi və hüceyrə bərpası üçün çox faydalı bir rəngdir.
Ürək və digər bədən funksiyalarıyla əlaqədardır.
Qanın axıcılığını və hüceyrə quruluşunun güclənməsini təmin edir.
Ayrıca əzələ, dəri və toxuma meydana gəlmələrində iştirak edər.
Toksit maddələrin bədəndən uzaqlaşdırılmasına köməkçi olar.
Qan təzyiqini salaraq, yüksək təzyiqin qarşısını alar.
Ayrıca xroniki bronxit və asma kimi sinə xəstəliklərinə yaxşı gəlir.
Soyuqdəymə, baş ağrısı və qaraciyər iltihablanması kimi xəstəliklərdə də yaşıl rəngin təsiri vardır.
Bu rəng tarazlıq xüsusiyyət daşıdığı üçün, qorxu və şok hallarının idarə altına alınmasını təmin edər.
Bağlı yerlərdə qalmaqdan qorxanlara da qorxularını məğlub edilmədə yaşıl rəngdən istifadə edilər.

Yaşıl rəng

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1002 1109 1083 1003 1086 1080

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.