Ehmedzade

Ehmedzade Maraqlı 23-09-2018, 14:49

Bir çox kişilərin gizli qorxuları

Bir çox kişilərin gizli qorxuları
Bir çox kişilərin gizli qorxuları


1. Bədən qurluşunun münasib olmaması. Təkcə qadın öz bədəninə görə narahat deyil, kişidə də bu olur. Ancaq elə də dilinə gətirmir.
2. Maddi cəhətdən əlinin aşağı olması. Bəzən kişi elə düşünür ki, pulu olmasa onun hörməti olmayacaq. Qadın onu sevə bilməz.
3. Boy. Adətən hündürboylu adamlar özünə daha inamlı olur. Bəzi qadınlar hündürboylu adamlardan xoşlandığını dedikdə, boyu balaca olan kişilər bundan narahat olur.
4. Cinsi münasibətdə bacarıqsızlıq. Buna şərh vermirəm. Təkcə onu deyim ki, qadınların ən çox diqqət etdikləri şeydi. Kişi isə bu sahədə öznü "dahi" göstərməyə çalışır. Amma bilmir ki, görəsən qadın ona nə qiymət verəcək? Qadınların bir çoxu kimi, kişilərin də bu barədə təcrübəsiz olması normal haldır.
5. Rəqabət qorxusu. Bəzi kişilər onların qarşısına özlərindən daha yaxşısı çıxıb, əlindəkiləri ala biləcəyindən ehtiyat edir və qadınlarını qorumaq üçün daha sərt qısqanclıq göstərirlər.
6. Qayın valideynlərilə münasibətin pozulması. Bəzi kişilər çalışır ki, qızın valideynlərilə münasibəti korlamasın. Çünki ehtiyat edir ki, bu, onun münasibətinə təsir edər.
7. Əks cinslə münasibətlərin çatışmazlığı. İndiki filmlər bizim üçün ideal maço, nə bilim alfa erkək simvolları icad edir ki, qadınların çoxu onları görüb ağıllarını itirirlər. Kişilərin bəzisi bundan kompleksə düşə bilir ki, mən o cür ola bilmərəm.
8. Bədəndə tüklər. Bir çox kişilər bədənində tükün çox olması, ya ümumiyyətlə olmamasından kompleksə düşə bilirlər.
9. Görəsən qızın səndən öncə sevgilisi olubmu? Bu, bir çox kişiləri daim narahat edən, ancaq verməkdən çəkindikləri suallardandır.
10. Emosiyalarını ifadə etmək. Kişilər ağlamaz, zəiflik göstərməz, acizlik bildirməz və sair bu tip stereotiplər hələ uşaqlıqdan onların başına yeridilir. Odur ki, bir kişi hətta öz sevgisini göstərməkdən bəzən çəkinə bilər.
NƏTİCƏ: Bunların həlli çün kişi öz üzərində işləyə bilər. Lakin ən effektiv yolu, qadının bu barədə ərinə yardım etməsidir. Qadın kişidə özünəinamı artıra da bilər, onu rəzil və heç kimə lazım olmayan duruma sala da bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
544 613 605 531 608 572

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.