_Yene_Tenha_

_Yene_Tenha_ Avto Dünya 25-09-2018, 19:10

Volkswagen də İrana qarşı çıxdı

Volkswagen də İrana qarşı çıxdı


Almaniyanın avtomobil nəhəngi "Volkswagen" ABŞ-ın İrana tətbiq etdiyi təktərəfli embarqolar səbəbindən bu ölkədəki fəaliyyətlərinin böyük hissəsini dayandıracaq.

"Bloombergi"in amerikalı bir səlahiyyətliyə əsaslandırdığı xəbərə görə, İrana təktərəfli embarqolar tətbiq edən ABŞ rəhbərliyi alman şirkətini embarqolara qoşulmağa qane etdi.

ABŞ-ın Berlindəki səfiri Richard Qrenel "Volkswagen"i İrana tətbiq edilən embarqolara qoşulmağa qane etmək üçün şirkət səhaliyyətlilərilə uzun müddətdir görüşlər keçirdiklərini bildirərək deyib ki, şirkət İrana tətbiq edilən embarqolara əməl edəcəyini söylədi. Bu qərardan məmnuniyyət duyuruq. İran iqtisadi mənbələrini xalqına vermək əvəzinə qlobal sabitsizlik və zorakılığı yaymaq işlərinə istiqamətləndirir.

"Volkswagen" şirkətindən mövzuya dair açıqlama verilmədi.

Qeyd edək ki, ABŞ-ın avqustun 7-də tətbiq etməyə başladığı İrana istiqamətli ilk embarqo pakəti ölkədəki ən böyük iş gücü sahələrindən avtomobil sektorunu da hədəf götürür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
596 593 521 472 520 517

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.