♥Мой Мир♥

♥Мой Мир♥ Sevgi 6-06-2016, 18:00

Sənin üçün darıxıram

Sənin üçün darıxıram

Da-rı-xı-ram...hecalarla,darıxıram notlarla,darıxıram adını eşitdikdə donmuş ürəyimlə,darıxıram səsini eşitdikdə titrəyən əllərimlə

Bəlkə elə deyil? Bəlkə mən heç darıxmıram? Bəlkə mən bunları uydurmuşam? Mən hardan bilirəm ki,mən darıxıram?Axı mən hardan bilirəm ki,bu "Da-rı-xıram" necə olur?...Yox.Yox.Bilirəm!
Da-rı-xıram...hecalarla,darıxıram notlarla,darıxıram adını eşitdikdə donmuş ürəyimlə,darıxıram səsini eşitdikdə titrəyən əllərimlə.Darıxıram.....Sənin varlığını bildiyim üçün,hiss etdiyim xoşbəxtliklə.

Qoy uzaqdasan,amma varsan.Mən darıxıram sənin üçün.Sənin üçün.!Ürəyim donmuş halda,üzü aşağı düşür hündür bir dağdan sanki.Çox qəribədir.Belə olur hamıda?Belə olur,sən yanımda olmadıqda hər şey anlamın itirir?Demək ki,belə olurmuş...
Alnımı dirəyirəm pəncərəyə və düşünməyə çalışıram niyə belə olduğunu.Necədə qəribədir,necədə izzah edilməzdir.
Təsəvvür edirəm sənin dönüşünü,sənə necə sarılacağımı.Amma sən gələn zaman,sənə deməyəcəm sənin üçün darıxdığımı.Çünki,sən özün anlayacaqsan bunu....

Darıxıraaam....Yağış pəncərəmə pıçıldayır bunu.
Darıxıraaam....Küçədə gedən insanların ayaq səsləri deyir bunu mənə.
Darıxıraaam.....Bunu pıçıldayarkən,nəfəsimin izi qalır pəncərəmdə.Sözlər itmir pəncərəmdən...qalır orda.
Mən darıxıram sənin üçün...Tez-tez görürəm röyalarımda səni...Gəl!....Tez gəl......

Darıxıram sənin üçün.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1143 1087 1049 960 1072 1033

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.