Əgər sürətli bir şəkildə arıqlamaq istəyirsinizsə, 3 günlük xiyar pəhrizinı sınayın

Əgər sürətli bir şəkildə arıqlamaq istəyirsinizsə, 3 günlük xiyar pəhrizinı sınayın

Əgər sürətli bir şəkildə kilo vermək istəyirsinizsə, LoaDinG.Az sizə 3 günlük xiyar pəhrizi təqdim edir.

Bu pəhriz proqramını 3 gün tətbiq edirsiniz və təxminən günə 1 və ya yarım kilo arıqlamaq mümkündür. Əgər pəhrizi təkrar tətbiq etmək istəyirsinizsə, 10 gün ara verib yenidən tətbiq edə bilərsiniz.

1-ci Gün:
Səhər: 1 stəkan bal və limon ilə qarışdırılmış ilıq su, 2 kiçik dilim yağsız pendir, və 2 ədəd xiyar.
Ara yemək: 1 stəkan ayran və 2 ədəd xiyar.
Günorta: 1 disert qaşığı zəncəfillə birlikdə 1 kasa yağsız qatıq, 3 dilim pörtmüş balqabaq.
Ara yemək: 3 ədəd qoz və 3 ədəd xiyar.
Ara yemək 2: 1 ədəd yaşıl alma
Axşam: 4-5 qaşıq düyü plovu və 1 pay zeytunyağlı balqabaq.
Ara yemək: 2 ədəd xiyar (Yatmazdan 2 saat əvvəl)


2-ci Gün:
Səhər: 1 stəkan bal və limon ilə qarışdırılmış ilıq su, 2 kiçik dilim yağsız pendir və 2 ədəd xiyar.
Ara yemək: 4 dənə çiyələk və 1 dənə kivi.
Günorta: 1 dilim çovdar çörəyi və 1 pay az yağlı qiymə balqabaq yeməyi.
Ara yemək: 2 ədəd qoz və 1 stəkan az yağlı keçi südü
Axşam: 3 ədəd yumurtanın ağından hazırlanmış omlet, 2 dənə xiyar və 2 dənə yaşıl bibər.
Ara yemək: 2 dənə xiyar. (Yatmazdan 2 saat əvvəl)


3-cü gün:
Səhər: 1 stəkan bal və limon ilə qarışdırılmış ilıq su, 2 qaşıq kəsmik (az duzlu), 2 dənə xiyar.
Ara yemək: : 1 dənə yaşıl alma.
Günorta: 1 kiçik boşqab yaşıl mərci və 1 pay zeytinyağlı balqabaq.
Ara yemək: 1 stəkan zəncəfilli yağsız süd, 2 ədəd qoz və 2 ədəd xiyar.
Axşam: 1 kasa yağsız qatıq ilə hazırlanmiş ovdux-doğramac, 3 ədəd yumurtanın ağından düzəldilmiş bibərli omlet.
Ara yemək: 1 ovuc leblebi və 2 dənə xiyar. (Yatmazdan 2 saat əvvəl)

Qeyd:
Bu pəhrizi edərək yalnız arıqlamayacaqsınız,həmçinin xiyar dərinizi mükəmməl dərəcədə yaxşılaşdıracaqdır. Sağlam bir dəri əldə etmiş olacaqsınız. Bunu da haşiyə olaraq qeyd etmək istədim.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
887 833 809 741 736 801

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.