♥Мой Мир♥

♥Мой Мир♥ Şeirlər 13-06-2016, 20:30

Sevsəydin məni

Sevsəydin məni

Sən də o zamanlar sevsəydin məni,
Qəlbimi yad eşqə məhkum etməzdim.
Sevmədən tutub da özgə əlləri,
Özümə bu qədər cəza verməzdim.

Sən bir kəz sevirəm desəydin mənə,
Hər yerdə səsini soraqlamazdım.
Adını bir kimsə çəkdiyi yerdə,
Kənara çəkilib hey ağlamazdım.


Sən bir kəz üzümə gülsəydin əgər
Niyə gizlədərdim təbəssümümü?
Hər gülən dodaqda səni axtarıb
Niyə itirərdim sənsiz özümü?

Bəlkə o zamanlar sevsəydin məni
Sevginin varlığın danmazdım belə.
Sevdiyin insan da sevsəydi səni
İnan mən bu qədər yanmazdım belə.


Sən kaş ki, əcəlim olardın mənim,
Mənə qardaş deyib dostum olmazdın.
Necə ki, eşqimə uzaq dururdun,
Elə özümə də yaxın qalmazdın!

Müəllif:
İslam Qədirli

Sevsəydin məni

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
810 781 780 734 757 722

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.