pandisim

pandisim Məsləhətlər 23-10-2018, 17:00

Ütünün altını necə təmizləməli?

Ütünün altını necə təmizləməli?


Ütünün alt hissəsini çox ehtiyatla təmizləmək lazımdır, bıçaq və s. iti alətlərdən istifadə etmək olmaz.

Bu halda siz ütünü korlaya bilərsiniz Loading.az sizə çox sadə və effektli üsulları təqdim edir:
1. Ütünü yaxşı qızdırın. Narın duzu kağızın üzərinə tökün və duzun üzərində ütünü yüngül sürüşdürün.
2. Tənzifi suda isladın, sodaya batırın və soyuq ütünü yaxşı təmizləyin. Sonra ütünü nəm qubka ilə silin.
3. Tənzifi hidrogen peroksidində ("perekis") isladın və ütünü yaxşı təmizləyin. Sonra təmiz nəm əski ilə silin.
4. Əskini sirkədə isladın və soyuq ütünü yaxşı silin.
5. Axşamdan soyuq ütünü sirkədə isladılmış əskinin üzərinə qoyun, səhər isə cod parça ilə yaxşı təmizləyin.
6. Sirkəni naşatır spirti ilə 1:1 nisbətində qarışdırın, qarışıqda tənzifi isladın və ütünü yaxşı təmizləyin.


Dərc etdi:Uğurböceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
627 573 516 520 527 552

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.