"Belində qab sındırdı, çiynini dişlədi"

Sıla və Ahmet Kural münasibətlərinə ikinci şansı verərək, yenidən bir araya gəlmişdi. Amma cütlüyün bu barışığı uzun çəkməyib. Üç həftədən sonra sevgililər qalmaqallı şəkildə ayrılıb.
Loading.az xarici KİV-ə istinadən xəbər verir ki, Sıla Ahmetin onu döydüyü iddiası ilə polisə şikayət edib. Sılaya 3 aylıq qorumaq qərarı verilib.
Bu gün isə mediada Sılanın bundan əvvəl də belə bir şiddət gördüyü yazılıb. İfaçının yaxınlarının verdiyi xəbərə görə, Kural Sılanın evinə gəlib. Evdə ifaçının rəfiqəsi də olub. Ahmet Sılanın həmin qadınla görüşməsinə qarşı çıxıb. Sərxoş olan Ahmet Sıla ilə dalaşıb. Onun belində masanın üstündəki şüşə qabı sındırıb, çiynini dişləyib. Daha sonra saçını əlinə dolayıb onu yerdə sürüyüb.






