Esmeralda

Esmeralda Texnologiya 11-11-2018, 16:29

Messencerdə çoxdan gözlənilən YENİLİK

Messencerdə çoxdan gözlənilən YENİLİK
Növbəti "Feysbuk Messencer" versiyası istifadəçilərə göndərilmiş məlumatları 10 dəqiqə ərzində silməyə imkan verəcək.

Loading.az ictnews-a istinadən xəbər verir ki, noyabrın 7-də buraxılan sonuncu "Feysbuk Messencer 191.0" versiyasının təsvirində tərtibatçılar növbəti yenilənmədə istifadəçiləri göndərilmiş məlumatların ləğv edilməsi imkanı daxil olmaqla çoxlu yeni funksiyalar gözləməsi barədə məlumat veriblər.

Onların sözlərinə görə, tezliklə çatda göndərilmiş məlumatları silmək mümkün olacaq:

"İstifadəçilər tərəfindən səhvən fotoşəkil, informasiya və ya bildiriş göndərilən zaman onları göndəriləndən 10 dəqiqə sonra ləğv etmək olacaq".

Proqram yenilənməsinin nə vaxt ediləcəyi barədə dəqiq məlumat açıqlanmayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
464 589 457 439 448 473

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.