Esmeralda

Esmeralda İdman 27-11-2018, 18:12

Çempionlar Liqası: "Real", yoxsa "Roma"?

Çempionlar Liqası: "Real", yoxsa "Roma"?
Bu gün Çempionlar Liqasında V tura start veriləcək.

Loading.az xəbər verir ki, ilk gündə E, F, G və H qruplarında çıxış edən komandalar meydana çıxacaq.

E qrupunda 1/8 finala yüksəlmək üçün “Bavariya”ya 1 xal kifayətdi. “Ayaks” isə ya özü qalib gəlməli, ya “Benfika”nın məğlubiyyətini gözləməlidi. Hər iki görüşün bərabərliklə bitməsi də Hollandiya klubunun lehinədi.

F qrupunda “Mançester Siti” heç-heçə, “Lion” isə qələbə ilə tur adlaya bilər.

“Real” – “Roma” matçında qalib gələn komanda G qrupundan 1/8 finala yüksələcək. MOİK-in xal itkisi isə hər iki klubu növbəti raunda daşıyacaq.

H qrupunda da iki komanda 1/8 final şansına malikdir. “Yuventus” qələbə, digər oyunda MY-nin xal itirəcəyi halda isə heç-heçə ilə turu adlayacaq. İngiltərə klubu isə qələbə ilə qrupdan çıxa bilər. Amma bunun üçün “Valensiya” da xal itirməlidir.

Çempionlar Liqası. Qrup mərhələsi, V tur

27 noyabr

E qrupu

21:55. AEK (Yunanıstan) – “Ayaks” (Hollandiya)

00:00. “Bavariya” (Almaniya) - “Benfika” (Portuqaliya)

F qrupu

00:00. “Lion” (Fransa) – “Mançester Siti” (İngiltərə)

00:00. “Hoffenhaym” (Almaniya) - “Şaxtyor” (Ukrayna)


G qrupu


21:55. MOİK (Moskva, Rusiya) – “Viktoriya” (Çexiya)

00:00. “Roma” (İtaliya) - “Real” (İspaniya)

H qrupu

00:00. “Yuventus” (İtaliya) – “Valensiya” (İspaniya)

00:00. “Mançester Yunayted” (İngiltərə) - “Yanq Boyz” (İsveçrə)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
650 661 569 579 539 578

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.