Esmeralda

Esmeralda Programlar 8-12-2018, 18:00

Facebook öz mobil tətbiqində VİDEOMAĞAZA funksiyasını test edir

Facebook öz mobil tətbiqində VİDEOMAĞAZA funksiyasını test edir
Facebook şirkətinin yeni təcrübəsi satıcılara öz məhsullarını canlı yayım formatında nümayiş etdirməyə imkan verəcək.

Loading.az Technote-a istinadən bildirir ki, hal-hazırda bu yeni funksiya Taylandda sosial şəbəkənin ayrı-ayrı səhifələrində test olunur. Həmin səhifələrin abunəçiləri isə canlı yayımlar barəsində bildirişlər əldə edə və canlı yayım zamanı aktiv olan şərh bölməsində bu və ya digər məhsul ilə bağlı öz suallarını verə bilərlər.

Əgər satıcı tərəfindən təqdim edilmiş məhsul təklifi istifadəçinin diqqətini cəlb etsə, istifadəçi sadəcə olaraq məhsulun əks olunduğu ekranın fotosunu çəkərək Messenger vasitəsilə satıcıya göndərə bilər. Məhsulun alışında ödəniş prosesi də elə Messenger vasitəsilə reallaşdırılır. Servis ödənişlərin göndərilməsi və qəbulu üzrə komissiya əldə etməyəcək.

Facebook şirkəti isə öz növbəsində bu yeni funksiya barəsindəki xəbəri təəsdiqləyib. Test mərhələsi üçün Taylandın seçilməyi heç də təsadüfi deyil. Belə ki, sosial şəbəkənin Taylandda aktiv marketplace istifadəçisi çoxdur. Bu fuksiyanın digər ölkələrdə də təqdim edilib-edilməyəcəyi hələki tam aydın deyil.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
588 624 570 569 572 556

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.