Kənan Heydərov

Kənan Heydərov Texnologiya 9-12-2018, 09:00

AnTuTu oktyabr ayının ən güclü 10 smartfonunu elan etdi!

AnTuTu oktyabr ayının ən güclü 10 smartfonunu elan etdi!
Oktyabr ayında bir çox smartfonun təqdimatına şahidlik etdik. Ayın bitməsindən bir neçə gün keçməmiş məşhur test platforması AnTuTu artıq oktyabr ayı üçün olan siyahını yayımlayıb. Adəti üzrə siyahıdakı smartfonlar bu platformada topladıqları xallara görə düzülüb.

- 2018-ci ilin oktyabr ayının ən güclü smartfonları bunlardır:

Ötən ayın ən əsas markası Kirin 980 prosessoru ilə bazara çıxan Huawei oldu. Mate 20, Mate 20 Pro və Mate 20 X modellərini təqdim edən marka sözügedən siyahının yuxarı sıralarını işğal edib. Belə ki, AnTuTu-nun oktyabr ayı üçün yayımladığı siyahıya baxdıqda 1-ci sırada Mate 20, 2-ci sırada Mate 20 Pro və 3-cü sırada Mate 20 X modellərini görürük.



Siyahının ilk 10 sırasında olan modellərin demək olar ki, hamısı Çin markalarının smartfonlarıdır. Burdakı tək istisna Asus Rog Phone modelidir. Taylandlı istehsalçının bu "gamer" smartfonu siyahının 8-ci sırasına adını yazdıra bilib. Ümumilikdə isə bu siyahı artıq smartfon bazarını tamamilə "Çinlilər"-in ələ keçirməsini göstərir.

Siyahıdakı digər bir maraqlı məqam isə Mate 20 modelinin topladığı xalın "böyük qardaşı" Mate 20 Pro-dan çox olmasıdır. Daha çox texnologiyaya sahib olan Mate 20 Pro cüzi fərqlə də olsa siyahıdakı liderliyi əldən verib.

Huawei Mate 20 - 311,840
Huawei Mate 20 Pro - 307,693
Huawei Mate 20 X - 303,112
Xiaomi Black Shark Helo - 301,757
Xiaomi Black Shark - 293,544
Meizu 16 - 292,394
OnePlus 6 - 292,371
Asus ROG Phone - 291,701
Smartisan R1 - 291,102
Nubia Z18 - 290,332


AnTuTu oktyabr ayının ən güclü 10 smartfonunu elan etdi!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
580 566 568 541 571 550

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.