Esmeralda

Esmeralda Ana və uşaq 3-01-2019, 15:53

Uşaqların oyuncaqlarla yatması zərərlimidir?

Uşaqların oyuncaqlarla yatması zərərlimidir?
Oyuncağı olmadan yatmaqda çətinlik çəkən uşaqların psixologiyasını və necə davranılması lazım olduğunu sizlər üçün diqqətə aldıq. Oyuncağı ilə yatan uşaqlarda diqqət edilməsi lazım olanları Loading.az sizə təqdim edir.

Uşağın inkişafı baxımından olduqca əhəmiyyətli təsirə malik olan oyuncaqlar, günümüzdə bir çox uşağın gecə yatarkən yanından ayırmadığı yuxu yoldaşıdır. Qız uşaqları daha çox gəlincikləri ilə birlikdə yatmaq istəyərkən, oğlan uşaqları oyuncaq ayı və ya sevdikləri avtomobil kimi obyektləri üstün tutur. Uşaqların bu şəkildə uzanması təhlükəli bir vəziyyət olmasa da onların bu istəklərini azaltmaqda fayda var.

Oyuncağın itməsi, istirahət və ya qonaqlıqda qalma kimi vəziyyətlərdə hər gecə birlikdə yatdıqları oyuncaqları tapa bilmədiklərinə görə valideynlərinə əziyyət verərlər. Alınması lazım olan tədbirlərin başında isə uşağı oyunundan zorla ayırmadan həll etmək gəlir.

Uşaq özünü təhlükəsiz bir şəraitdə hiss etməsə oyuncağı ilə yatmaq istəyir. Bu səbəblə uşağın yaş səviyyəsinə uyğun sakit bir dil ilə izah edilməlidir. Birgə yatdıqları obyektlər keçid obyekti olduğundan uşağın buna özünü hazır hiss etməsi vacibdir. Bu üzdən oyuncağını uşaqdan ayırmaq üçün qətiyyən obyekti gizlətməyə çalışmayın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
648 692 592 573 548 575

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.