"Porsche"nin 128 min dollarlıq yeni modeli helikopterlə dağ zirvəsinə gətirildi - VİDEO - FOTO
128 min dollarlıq yeni "Porsche" modeli helikopterlə Alp dağlarındakı istirahət zonasına endirilib.
Loading.az xarici mətbuata istinadla xəbər verir ki, "Porsche 911" markalı avtomobil Avstriyada keçiriləcək yarış üçün vertolyotla dağın zirvəsindəki kurorta gətirilib.
Avtomobil helikopterlə istirahət zonasına gətirilən zaman onlarla adam mobil telefonla həmin anları videoya çəkiblər.
8-ci nəsil hesab edilən, nadir-mühərrikli avtomobil bu vaxta qədər, sadəcə, avtomobil sərgilərində nümayiş etdirilib.
Qeyd edək ki, Avstriyada keçiriləcək "GP Ice Race" yarışında 130 iştirakçı öz avtomobili ilə buz üstündə şütüyəcək.
VİDEO İZLƏ