Dünyanı dəyişdirən müasir texnologiyalar-3
“Ətraf mühitin yenilənməsi” və yaxud da qısaca olaraq, “eko-yenilənmə” təbiətin və ətraf mühitin daha az zərər görməsini özündə ehtiva edən yeniliklərə əsaslanır.
“Eko-yenilənmə” yeni və rəqabətə malik ola biləcək əmtəə məhsullarının, proses, sistem və xidmətlərin, habelə prosedurların formalaşdırılması nəticəsində insanların ehtiyaclarının ödənməsini, həyat səviyyəsinin keyfiyyətinin artırılmasını, təbii sərvətlərdən daha az istifadə edilməklə, toksik tərkibli maddələrin minimal səviyyədə yer səthinə yayılmasını nəzərdə tutur.
Qara Dəniz Universitetləri şəbəkəsi çərçivəsində davamlılığın aspektləri mütəmadi olaraq müzakirə edilir. 2011-ci ildən bəri Qara Dəniz Universitetləri şəbəkəsi BMT “Elmi Töhfə”sinin davamlılıqla bağlı Mərkəzinin əlaqələndiricisi qismində fəaliyyət göstərir. Bizim vəzifəmiz davamlılığın tərəqqisi naminə bu məlumatların və birliyin Universitetlərdən digər ortaqlara və əməkdaşlara ötürülməsindən ibarətdir. Bu məqsədlə,www.unaisustainability.org adlı universal portal yaradılmışdır ki, buraya həm sadə vətəndaşlar, həm də təşkilatlar daxil olaraq, müxtəlif məlumatlar əldə edə, layihələrdə iştirak edə və təcrübələri ilə bölüşə bilərlər. Layihələrin seçimi isə Rumıniyanın Konstanza şəhərində, 16-19 Mart, 2011-ci il tarixlərində BMT ET çərçivəsində “Davamlı İnkişaf naminə Təhsil və İdarəçilik” adlı konfransda həyata keçirilmişdir.
Layihənin siyahısı isə aşağıdakı kimidir:
Davamlı İnkişaf və İdarəçiliklə bağlı magistr və doktorant proqramları – “KPİ” Ukrayna Milli Texniki Universiteti tərəfindən əlaqələndirilmişdir;
Yüksək səviyyəli hesablama nümayişi və dumandan təmizlənmə üzrə əməkdaşlıq şəbəkəsi – “MİSİS” Milli Elm və Texnologiya Universiteti tərəfindən əlaqələndirilmişdir;
Gələcəyin təchizat xətti üçün yaşıllığın nəqli və maddi-texniki təchizat – Tirana Politexnik Universiteti tərəfindən əlaqələndirilmişdir;
Yaşıl iqtisadiyyatın tərəqqisi naminə bilik üçbucağı – Afina Milli və Kapodistriya Universiteti tərəfindən əlaqələndirilmişdir;
Karbonsuzlaşdırılmış enerji texnologiyası üçün Co2-nin tutulması və məhdudlaşdırılması üsulları – Bakı Dövlət Universiteti tərəfindən əlaqələndirilmişdir;
Su ehtiyatlarının idarəsi-Belqrad Universiteti tərəfindən əlaqələndirilmişdir;
Yeniləşdirilmiş enerji resurslarının idarəsi – “Ovidius” Konstanza Universiteti tərəfindən əlaqələndirilmişdir;
Dunay, Dunay hövzəsi və Qara dəniz Makro Sistemləri üzrə yeniliklərin öyrənilməsi Mərkəzi – GeoEcoMar tərəfindən əlaqələndirilmişdir;
Qlobal Təşəbbüs Treyninqi – Handonq Qlobal Universiteti tərəfindən əlaqələndirilmişdir;
Davamlı Tərəqqi naminə Nano və Mikrotexnologiya – “MİSİS” Milli Elm və Texnologiya Universiteti tərəfindən əlaqələndirilmişdir;
BMT ET Gənclik Əməkdaşlığı Mərkəzi – İstanbul Texniki Universiteti tərəfindən əlaqələndirilmişdir;
Davamlı iqtisadiyyatın və ya “Yaşıl iqtisadiyyat”ın həyata keçirilməsi üçün nizamların və planların əhatəsindən çıxaraq, yenilik etməyi bacaran bir mühəndisə ehtiyac duyulur. Bu cür cəhdi yerinə yetirmək üçün təhsildə fundamental dəyişikliklər həyata keçirilməlidir və önəmli qərarları qəbul edən şəxslər aşağıdakı məsələləri həll etməlidirlər:
Dünyamızın davamlı inkişafı naminə Universitetlərin təhsil, tədqiqat, siyasət, əhali arasında informasiya mübadiləsi, ətraf mühitlə bağlı məsələlərə müraciət etməsinə təşəbbüs göstərməsi;
Universitetlərin fakültələrini ətraf mühitlə bağlı maariflənmənin bakalavr, magistr və ali məktəb tələbələrinə çatdırılmasına sövq etməsi;
Universitetlərin ətraf mühitlə bağlı idarəçilik, davamlı iqtisadi inkişaf, əhali, sahilyanı ərazilərin birgə idarəsi, eko-yenilənmə, bütöv texnika və bununla bağlı sahələrin tədqiqi istiqamətində təşəbbüslərə dəstək verilməsi və bütün Universitet məzunlarının savadlı və məsuliyyətli vətəndaşlar olmasına cəhd edilməsi.
Professor R.Ə.Həsənov, Bakı Dövlət Universiteti
Qloballaşma və müasir biotexnologiya
Mövcud iqtisadi təlatümdə təkcə davam gətirmək deyil, həm də irəliləmək üçün innovasiya elmi qloballaşmanın hansı üstünlüklərindən istifadə edə bilər. Bu gün diqqəti qloballaşmanın, çox güman ki, elmi bilik formasını almış və sosial inkişafa müsbət təsir göstərən tərəflərinə yönəltmək lazımdır. Texnologiya, xüsusilə də informasiya texnologiyaları sahəsindəki inkişaf insanın zaman və məkan daxilində əhatə imkanlarını dəyişdirdi. Müasir kommunikasiya əsasında son 30-50 il müddətində dünyanın fasiləsiz “sıxlaşması”, “vahid cəmiyyətin” yaranmasına səbəb olmuşdur. Belə ki, insan və təbiət arasındakı qarşıdurma ekoloji və texnoloji qəzalar ilə nəticələnən , artıq bu gün böyüməkdə olan bir münaqişəyə çevrilmişdir. Ekoloji texnologiyalar və ekoloji alternativ energetika- bunlar kreativ effekt, davamlı inkişaf və milli rəqabət potensialını təmin edən yenilik sahələridir.
Bu məsələyə gələcək 10 illiklər ərzində biotexnologiya və bioenergetika təmayülü nöqteyi-nəzərindən baxaq. İqlimin dəyişməsi ətraf mühitə minimal təsir göstərən bərpaolunan mənbə əsasında davamlı enerji sisteminin yaradılmasını labüd edir. Digər vacib məsələlərdən biri də cəmiyyətin enerji təminatıdır. Yerin səthinə il ərzində küllü miqdarda enerji düşür. Əsas məsələ günəş enerjisinin hansı sadə və effektiv yollarla istilik, elektrik və yanacaq kimi yararlı formaya transformasiya edilə bilməsidir. Qış mövsümü və gecə vaxtlarında Yerin səthinə düşən günəş enerjisi az olur. Ona görə də enerjinin müvafiq daşıyıcıda toplanma sisteminə ehtiyac duyulur. Qaz halında olan hidrogen bir çox digər enerji daşıyıcılarından biridir. İstifadə zamanı CO2 –nın ətraf mühitə emissiya etməməsi onun əsas üstünlüyüdür. Lakin onu müasir metodla almaq üçün digər yanacağın yandırılması lazımdır. Hidrogenin enerji baxımından effektiv və çirkləndiricilərdən azad yollarla alınması, onu davamlı və bərpaolunan enerji sistemi üçün maraqlı enerji daşıyıcılarından biri edəcək.
Günəş enerjisinin təsirindən sudan elektronların çıxarılması və hidrogenin ayrılması yolu ilə yaşıl bitkilərdə gedən fotosintez prossesinin müəyyən mərhələlərinin immitasiyasına əsaslanan süni fotosintez, dünyanın bir çox ixtisaslaşmış elmi konsorsiumları ilə intensiv araşdırılır.
Nəyə görə hidrogen yaxın gələcəkdə enerji daşıyıcısı ola bilər? Məlumdur ki, Enerji üzrə Beynəlxalq Agentlik artıq 2020-ci ildən hidrogenin enerji daşıyıcısı kimi bazara çıxarmağı proqnozlaşdırır. Bu ancaq hidrogenin ucuz və ətraf mühitə zərər verməyən mənbədən alınması mümkün olduqda həyata keçirilə bilər. Beləliklə yaşıl bitkiyə oxşar sistemdə günəş işığının təsiri ilə hidrogenin sudan alınması- bu davamlı və yeniləşən enerji daşıyıcısının alınma yoludur.
• Kreativ effekt. Yuxarıda qeyd edildiyi kimi, təbii fotosintezin müəyyən mərhələlərini immitasiya edən proseslər əsasında alternativ yeniləşən enerji yaradılmasına yanaşma gələcəyin ekoloji təmiz enerji yaradılması yolunda bir yüksəlişdir.
• Davamlı inkişaf. Süni fotosintezin yaranması məsələsinin uğurlu həlli gələcək nəslə, təbiətə ziyan vurmayan savadlı enerji təminatı və enerji istifadəsi sistemlərini bəxş edəcək. Belə olduqda, gələcək nəsil AES-lərdə baş verən qəzalar və neftin ətrafa yayılması zamanı meydana çıxan fəlakətlərlə rastlaşmayacaq.
• Milli rəqabət potensialı. Bu incə məqam, bir tərəfdən qabaqcıl ölkələr tərəfindən inkişafda olan və elmi potensiala malik ölkələrə investisiyaların yatırılması, zəngin enerji resursları olan ölkəmizin gəlirlərinin elmi innovasiyalara ayrılması, digər tərəfdən isə dünyanın müxtəlif yerlərində (Yaponiya, Skandinaviya, Avropa, ABŞ) biofizika, biokimya və molekulyar biologiya sahəsində xaricdə çalışan mütəxəssislərimizin süni fotosintez problemlərini araşdıran elmi konsorsiumlar ilə ənənəvi sıx əməkdaşlıq etməsi və ən əsası, ölkəmizdə fotosintez sahəsində yaranmış məktəbimizin mövcudluğu ilə şərtlənəcək.