_Yene_Tenha_

_Yene_Tenha_ Avto Dünya 26-03-2019, 12:20

Audi-dən təkmilləşdirilmiş TT RS

Audi-dən təkmilləşdirilmiş TT RS

Audi TT seriyasının təkmilləşdirilməsini davam etdirib və adi versiyalardan sonra kupe və rodster banında olan güclü RS də feysliftinqə məruz qalıb.

RS qabaq hissəsi dəyişilib. Burada daha böyük yan hava çıxıntıları, yeni diodlu faralar, opsiya qismində isə dönə bilən xüsusi tutqun faralar mövcuddur.

Modelin arxa hissəsi yeni palçıq qoruyucu alıb, habelə onun banı bir neçə rəngdə təklif olunur. Yeni salonda qırmızı və ya göy tikişlər, yeni informasiya-əyləncə sistemini görmək olar.

TT RS-in mühərriki elə əvvəlki kimi qalıb - 2,5-litrlik, 5-silindrli, 394 a.g. və 480 Nm fırlanma anı verən mühərrik. O, 7-pilləli avtomat sürət qutusu və tam ötürücü sistemlə birgə çalışır. İlk yüzlüyə sürətlənmə 3,7 saniyəyə baş verir. Maksimal sürət isə 250 km/saatdır.

Avtomobilin qiyməti 67.7 min avrodan başlayacaq. İlk sifarişlər müştərilərə aprel ayında keçiriləcək Cenevrə avtosalonundan sonra çatdırılacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
544 495 488 477 535 430

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.