_Yene_Tenha_

_Yene_Tenha_ Avto Dünya 30-03-2019, 11:14

Xiaomi 3 Android One smartfon üzərində çalışır

Xiaomi 3 Android One smartfon üzərində çalışır
XDA-Developers saytının iştirakçılarından biri Xiaomi şirkətinin yeni smartfonları barəsində bəzi məlumatları ortaya çıxardıb. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə məlumata əsasən şirkət "pyxis", "bamboo_sprout" və "cosmos_sprout" kod adlarına sahib 3 smartfon modelinin testlərinə start verib. Son iki kod adına sahib smartfon modelləri qlobal bazar üçün nəzərdə tutulub və onlar Android One proqramı çərçivəsində satışa çıxacaqlar.

"Pyxis" kod adına sahib smartfon barəsində isə hələki məlumat yoxdur. Lakin çox güman ki, o, yerdə qalan iki smartfon modelinin Çin bazarı üçün olan versiyasıdır. Çox güman ki, yeni Android One smartfonlar keçən ilki Xiaomi Mi A2 və Mi A2 Lite modellərinin davamçıları olacaqlar. Məlumatda həmçinin qeyd olunub ki, yeni smartfonlar OLED ekranlarla təchiz olunacaqlar və ekranlara barmaq izi skanı texnologiyası inteqrasiya ediləcək. Smartfonlar həmçinin 32 MP-lik ön kamera, Snapdragon 600 və ya Snapdragon 700 seriyasından olan prosessora sahib olacaqlar. Yeni smartfonlar yaxın bir neçə ay ərzində təqdim olunmalıdırlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
567 600 511 555 564 490

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.