_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 4-04-2019, 20:27

Google şirkəti Pixel 2 və Pixel 2 XL smartfonlarının satışlarını dayandırıb

Google şirkəti Pixel 2 və Pixel 2 XL smartfonlarının satışlarını dayandırıb
Google şirkətinin Google Store online mağazasında birdən birə Pixel 2 və Pixel 2 XL smartfon modelləri yoxa çıxıb. Yəni sözügedən onlina mağazada bu smartfonların satışları dayandırılıb. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Pixel 2 və Pixel 2 XL smartfon modelləri 2017-ci ildə satışa çıxmışdılar. Keçən il isə Pixel 3 ilə Pixel 3 XL modelləri satışa çıxmışdılar.

ikinci nəsil Pixel smartfonları online mağazadan yığışdırılıb, üçüncü nəsil Pixel modellərinin isə qiymətləri bir qədər aşağı endirilib. Dördüncü nəsil Pixel smartfonlarının təqdimatına hələ yarım il vaxt var. Buna görə də ikinci nəsil Pixel smartfonlarının satışlarının dayandırılması çox güman ki, şirkətin Pixel 3a ilə Pixel 3a XL büdcəli smartfon modellərinin təqdimatına hazırlaşması ilə əlaqəlidir.

Son məlumatlara əsasən büdcəli Pixel modelləri bu ilin yaz fəslində təqdim olunmalıdırlar. Nəzərə alsaq ki, Pixel 3a ilə Pixel 3a XL modellərinin qiymətləri (450-500 avro) heç də büdcəli olmayacaqlar, bu baxımdan Google şirkətinə yeni smartfonlar ilə ikinci nəsil Pixel modelləri arasındakı rəqabət lazım deyil. Qeyd etmək lazımdır ki, sözügedən smartfonlar yalnız Google Store online mağazasından yığışdırılıb. Dilerlərdə bu smartfonlar hələ də satışdadır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
721 660 703 649 637 614

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.