Mammadoffa

Mammadoffa özünü 😟 tənha hiss edir. Video, Klip / Mahnılar 12-04-2019, 16:38

Lil"Orxan ft.Şahin Qurbanov - Sənin Əlindən (LilOGroup)

Lil"Orxan ft.Şahin Qurbanov - Sənin Əlindən (LilOGroup)
[media=https://youtu.be/qZdUnzMX_hQ]


Mahnı Sözləri:

1-ci bənd:

Bu sevgini al məndən gözlərim görməsin,
Demə mənə qal mənlə sevgi odu sönməsin.
Yalanlarının aldatmaqlarının,
Cəzasını tək istəyim Allah versin.

Xəyanətin insanlara inamımı öldürdü,
Elə getdin bu gediş neçə düşmən güldürdü.
Mən ağlamıram məni düşünmə,
Acılar səni torpağa gömdü.

Nəqarət:

Ömrümdən get artıq ömrümdən,
Heçkimim olmasa belə tutma sən əlimdən.
Sənin əlindən, çox çəkdim əlindən,
Səndən sonra heçkimə inanmaq gəlmir ürəyimdən.

2-ci bənd:

Sənə rahatdı gecə həyatı,
Club disko bar hər saat.
Sevgimi? Sənlik deyil,
Biri salsın yatağa sığallasın.
Bu mahnını sən anlamarsan,
Qoy dinləsin sevənlər anlasın
Əzbərləsin fanatlarım mənim
Hər biri halıma yansın.
Bəxtim yox sevgidə mənim,
Kimi sevirəm ömrümü alır.
Dərdim çox onsuzda mənim,
Hər gələn təbəssüm aparır
Azalır, yaşamağa həvəsim azalır.
Ruhum qocalır əsəblərimə hakim ola bilmirəm,
Mənə sadəcə ürək ağrısı qalır.

Nəqarət:

Ömrümdən get artıq ömrümdən,
Heçkimim olmasa belə tutma sən əlimdən.
Sənin əlindən, çox çəkdim əlindən,
Səndən sonra heçkimə inanmaq gəlmir ürəyimdən.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
682 640 585 660 554 597

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.