amon

amon Sevgi 25-07-2016, 16:11

Gecikməyək

Gecikməyək
Gecikməyək
Sevginizin qarşılığı, ya da zəmanəti olmamalıdır. Qoyun sevgi qarşınızdakı ürəkdə böyüsün, böyüdükcə sizi sarsın...

Sevmək üçün bəzən bir neçə saniyə, ya da bir gün belə kafi ola bilər.
Amma...
Ürəyə girən bir sevgini unutmaq isə- Aylar, illər, kim bilər bəlkə də bir ömür belə sürər.
Bir ürəyi bir görünüş ,bir baxış, bəlkə də bir gülüş belə bağlaya bilər.

Sizi xoşbəxt edən ... Sizin ürəyinizi gülümsədən sevgini seçmək üçün hər zaman ümidiniz olsun. Sevgisizlik ucsuz-bucaqsız, böyük bir təklikdir. Təklikləri kiçicik bir təbəssümlə sonsuza qədər yox edə bilərik... Əhəmiyyətli olan dodaqlarımızdakı o təbəssümü göstərməkdi.

Gecikməyək... Kainatın bütün gözəlliklərini göstərəcək o ilk addımı atmaq üçün. Addım-addım xoşbəxtliyə getmək... sevgi atəşi ilə yanmaq kül olmaq, sovrulmaq küləyə qarşı...
Sevmək , çox sevmək... Gündən-günə sular kimi çağlamaq, bütünləşmək, bir bədən olmaq... Hər gün yenidən sevgilini kəşf etmək...Sevgilinin gözlərində doğulmaq... Dodaqlarında var olmaq üçün - gecikməyək.

Şairin səssizlik içindəki qələminin sətirlərindəki Səni sən edən, çiçəkləri, quşları, çəhrayı buludları ilə tam fərqli bir dünya yaradaq. Yaradılan bu dünyamızda gözəl olan hər şeyi yaşayaq.
Nə deyirsiniz?...
Tələsmək lazım deyilmi?!..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
685 625 591 626 600 617

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.