Ölmək istəyirəm... Sevginlə ölmək istəyirəm...
Həyat çox ağır sınaq meydanıdır.Bəzən bütün bunları yarıda qoymaq istəyirəm.
Bəzən mənə elə gəlir ki,qüvvəm tükənir, taqətim qalmır, düşünürəm ki, bəli,sona çatdı, bundan artığına dözə bilmərəm. Bütün bunlara yalnız Tanrı son qoya bilər. Həyatımı alsa məndən nə qədər xoşbəxt olardım, əzabların, sınaqların sonu olardı bu xoşbəxtlik...
Mən çətinliklərdən deyil əzablardan qorxuram. Mən bu əzabları yaşamamaq üçün bütün var-dövlətimi verərdim. Gözümün içinə baxıb yalan deyənlər, yardım əlimi uzatdığım və mənə zərbə vurmağa çalışanlar məni sındıra bilmədilər. Heç bir qüvvə məni geri çəkilməyə məcbur edə bilmədi.Sevdiyim və məni sevən adamdan ağır zərbə...

Görünür dözümlü adam hər zaman çox çəkər.
Bütün bunlara ən gözəl sonluq həyatımı itirməyim ol bilər,düşünürəm.
Bilirəm o zaman paxıllığımı çəkənlər peşman olarlar,sevənlərim üzüləcək.
Amma yenə də ortada mənə ehtiyacı olanlar əziyyət çəkəcəklər.Onların göz yaşları məni dayandırdı.

Bir ay əvvəl az qala həyatımdakı ilk və son günahımı edəcəkdim: Allahın mənə verdiyi həyatdan özümü məhrum edəcəkdim.
Yenə də etmədim, kimlərəsə lazımam hər halda.
Bir də bu gücsüzlükdür, zəiflikdir düşündüm. Geri çəkilməkdir.
Kimsə bilmir yaşadıqlarımı,hər kəs məni xoşbəxt qadın hesab edir. Bu xoşbəxtliyin ardında nə qədər sınaqlar var, kimsə hiss etmir bunu.
Sevginlə ölmək,sevginlə yaşamaq qədər gözəldir mənim üçün...
Məni qınamayın nə olar,həyat bəzən çox çətin olur.