Ümidli gözəl

Ümidli gözəl Sevgi 23-05-2019, 22:32

Qiymetlimsen

Qiymetlimsen
Niyə həyatıma girib həaytım
olmusan..? Səhvlərimə görə mənə
verilən cəzamısan yoxsa yaxşı əməllərimə
görə bir hədiyyəsən? Bəlkə dualarımın
qarşılığısan? Məni ağlatmaq üçünmü
yaradılmısan, yoxsa güldürmək üçünmü?
Kimsən sən? Həm yıxırsan məni, qanadırsan
hələ bağlanmamış yaralarımı...Həm də sarğı
kimi kəsirsən axan qanımı, dərman olursan
bütün yaralarımı...Kimsən ki, sən arxanca
sürünüb qaçıram? Kimsən ki, bir baxışınla
özümü cənnətdə hiss edirəm? Kimsən ki,
qəlbimi təkcə sənə açıram? Kimsən ki, həm
uğrunda ölərəm deyib sənə görə yaşayıram..?
Kimsən? Nəyin artıqdır ki, məndən? Niyə sənə
görə ağlayıram? Niyə mən ağlamalıyam?
Neyləmisən mənə?
Kimsən sən? Amma kim olursan ol, onu
bilirəm ki, məni yaşadan təkcə sənsən...Həyata
bağlayan, həyatla mübarizə aparmağıma
səbəb olan tək varlıq sənsən..Yaxşı ki,
varsan...Və var olacaqsan daima qəlbimdə...
Bilirsən sən kimsən? Sən məni mənə
unutduran, məni məndən alan, bütün
dərdlərimi bir baxışla silən yeganə varlıqsan...
Sən mənsən, mənimləsən, üzümü güldürən
yeganə insan...Sən
imkansızsan...Əlçatmazımsan...
Bəlkə də buna görə mənim üçün belə
qiymətlisən

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
540 599 538 538 556 481

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.